Icma.az
close
up
RU
Cənubi Qafqaza əbədi sülhü gətirən lider

Cənubi Qafqaza əbədi sülhü gətirən lider

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Avqustun 8-i Azərbaycan xalqının yaddaşında tarixi gün kimi qalacaq. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və səfər çərçivəsində imzaladığı sənədlər Azərbaycanın qlobal imicini nümayiş etdirməklə bərabər Cənubi Qafqazın yeni simasının formalaşmasındakı rolunu göstərir. ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin imza atdıqları Birgə Bəyannamə isə 35 illik tarixi olan münaqişəyə nöqtə qoyacaq”.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə  deyib.
O bildirib ki, buna əmin olmaq üçün qəbul edilən Bəyannamənin bəndlərinə nəzər yetirmək kifayət edər: “Birincisi, liderlər sülh sazişi mətninin paraflanması və qarşıdakı dövrdə danışıqlar masasında olan məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəlməklə faktiki, bölgədə yeni hərbi eskalasiya təhdidini aradan qaldırdılar. Xüsusi məqam isə odur ki, sənədlərin paraflanması fonunda Azərbaycanın irəli sürdüyü ən vacib tələb - Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılması diqqətdən kənar qalmayacaq. Başqa sözlə, Ermənistan Bakının bu şərtini gec-tez qəbul etməli olacaq. Paşinyan və İrəvan hakimiyyəti bu addımı 2026-cı ilin parlament seçkilərindən sonra atmağı hədəfləyir. Onun kilsə müxalifətinə, xuntaçı siyasətçilərə və Moskvanın əlaltısı olan oliqarxlara qarşı sərt mübarizəsi belə demək mümkünsə, Azərbaycanın konstitusiya tələbini müqavimətsiz qəbul etmək üçün “qoruyucu yastıq” yaratmağa xidmət edir. 
İkincisi, Azərbaycan Birləşmiş Ştatlar prezidentinin dəstəyi ilə 30 il ərzində effektsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğvinə nail oldu. Əslində, Vaşinqtonda qrupun buraxılması üçün ATƏT-ə müraciət edilməsi üzrə Azərbaycan və Ermənistan XİN başçılarının imzaladığı sənəd sözügedən qrupun dəfnini şərtləndirir. Lakin Cənubi Qafqazda sülhün qərarlaşmasını istəməyən qüvvələr siyasi təxribatlar hesabına müəyyən problemlər yarada bilərlər. Maşa isə təbii ki, uzun müddət bu bəndə qarşı çıxan Ermənistan olacaq. Rusiya və Fransa həmsədrlik institutunun saxlanmasını hansısa absurd tezislə əlaqələndirə bilər, ancaq qrupun 3-cü həmsədri – ABŞ-nin məsələyə net münasibəti digərlərini də analoji addım atmağa məcbur edəcək. Fransa XİN-in Minsk qrupunun buraxılması təşəbbüsünə dəstək ifadə etməsi bu tendensiyanın təsdiqi deməkdir.
Vaşinqtonda 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının daha bir strateji bəndi – Zəngəzur dəhlizinin açılması haqqında da anlaşma əldə olundu. Beləliklə, Rusiya və İrandakı havadarları hesabına dəhlizlə bağlı neqativ versiyalar ortaya atan, dəhliz sözünü “eksterritorial ərazi” termini müstəvisində təhlükəli presedent kimi təqdim edən, bu marşrutun Ermənistanın yurisdiksiyası xaricinə çıxacağını deyən Paşinyan hakimiyyəti artıq 43 kilometrlik hissənin çəkilməsi və Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidin təmini reallığı ilə barışır. Prezident İlham Əliyev bu məsələdə də istədiyini aldı, ermənilər isə Zəngəzur dəhlizini ABŞ-yə 99 illik icarə müqaviləsi əsasında verməklə özlərinə Birləşmiş Ştatlar nümunəsində arxa tapdılar. Amerikalılar əlbəttə, “Tramp marşrutu” da adlandırılan bu dəhlizin realizəsi, onun bölgə xalqlarına hərtərəfli fayda verməsi üçün hər şeyi edəcəklər ki, bu da ilk növbədə, Azərbaycan və Ermənistanın xeyrinədir.
Birgə Bəyannamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün mümkün təhdidləri tam neytrallaşdırır və gələcəkdə Ermənistan üçün hər hansı iddia ilə çıxış etmək şansını rədd edir. Tərəflər BMT Nizamnaməsi və 1991-ci ilin Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də anlaşaraq bildirdilər ki, beynəlxalq sərhədlər toxunulmazdır və ərazi əldə etmək üçün gücün tətbiqi yolverilməzdir. Prezident İlham Əliyevin Ağ ev zəfərinin təməlində duran ən vacib faktor o idi ki, həm Azərbaycan, həm də Ermənistan artıq razılıq əldə olunan mövzuları təftiş etməyəcək, yenidən müzakirə platformasına qaytarmayacaq, iddialı mövzuları beynəlxalq tribunalara daşımayacaqlar. Bu xəbərdarlıq daha çox Ermənistan üçündür, çünki, Azərbaycan qalib dövlətdir və onun yaratdığı postmüharibə reallıqlarını supergüclər də qəbul edir.
Nəhayət, Prezidentin Amerika səfərinin tarixi anlarından biri - 907-ci düzəlişin ləğvi oldu. 1992-ci ildə, Qarabağ münaqişəsi və ölkəmizin ərazilərinin işğalının başladığı bir dövrdə amerikalı ermənipərəstlər Konqresə “Azadlığı Müdafiə Aktı”nı çıxardılar və ona 907-ci düzəlişi əlavə etməklə Azərbaycanı ABŞ-nin dövlət yardımlarından kənar qoydular. Doğrudur, 2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlar prezidentləri davamlı olaraq rəsmi Bakının antiterror koalisiyasına mühüm töhfələr verdiyini nəzərə alaraq həmin düzəlişi hər il qüvvədən salırdılar. Lakin 2024-cü ildə Co Bayden administrasiyası düzəlişi yenidən qüvvəyə mindirdi və Azərbaycanı Ermənistana qarşı təcavüzdə günahlandıraraq ABŞ-Azərbaycan dialoquna sarsıdıcı zərbə vurdu. 
Prezident İlham Əliyevin Oval Kabinetdə amerikalı həmkarı ilə Strateji Tərəfdaşlıq Xartiyasının Anlaşma Memorandumunu imzalaması mərasimində 907-ci düzəlişin nümayişkəranə şəkildə ləğvinin elan edilməsi Bakı-Vaşinqton əlaqələrində yeni tarixi dövrün başlanğıcı adlandırılmalıdır. Donald Trampın bu qərarını Azərbaycan Prezidentinin iştirakı ilə elan etməsi həm şəxsən Prezident İlham Əliyevə, həm də Azərbaycan dövlətinə ehtiramının ifadəsidir.                    
Dünyanın aparıcı güc mərkəzləri – BMT, Avropa İttifaqı, Fransa, Türkiyə, NATO, ABŞ Dövlət Departamenti, Türk Dövlətləri Təşkilatı, Pakistan və digərləri Vaşinqtonda sülh istiqamətində atılan addımları yüksək qiymətləndirdilər və bu məsələdə tərəflərə bundan sonra da dəstək verəcəklərini bəyan etdilər. Şübhəsiz, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneə törədənlər də olacaq. Bu məsələdə ilk sırada erməni diasporu gedir. Amerikadakı erməni təşkilatlarından olan “Ay Dat” ermənilərlə azərbaycanlılar arasında heç vaxt sülh olmayacağını deyərək Vaşinqton zirvəsinin mahiyyətini azaltmağa çalışır. Həftə ərzində Azərbaycanın Ukraynadakı 2 enerji obyektinə hava zərbələri endirən Rusiya hələlik özünü sülh prosesinin tərəfdarı deyil, əleyhdarı kimi aparır. Ukrayna müharibəsi ucbatından Cənubi Qafqaza təsir rıçaqlarını itirən rusların bu yolla Azərbaycanın müstəqil və çoxvektorlu fəaliyyətinə zərbə vurduğunu düşünmək olar. Ancaq bütün anti-Azərbaycançı qüvvələr anlamalıdırlar ki, Vaşinqtonda Cənubi Qafqazın yeni tarixi yazıldı və bu tarixi yazan iki tərəfdaş ölkəyə - ABŞ və Azərbaycanın mövqeyinə kimsə təsir göstərə bilməyəcək. Prezident İlham Əliyev isə Amerika səfəri ilə dünyaya sübut etdi ki, o, yalnız 44 günlük müharibədəki qələbənin memarı deyil, həm də Cənubi Qafqaza əbədi sülhü gətirən liderdir”.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see988

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see247

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see238

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see226

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see216

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see210

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see205

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see202

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see200

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see198

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see197

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see195

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see190

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see186

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see184

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see178

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see175

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see169

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see160

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri