Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Cənubi Qafqaza təsir etmək istəyənlər konsulluq müharibə si aparır, Ermənistanın vaxtı daralır

Cənubi Qafqaza təsir etmək istəyənlər konsulluq müharibə si aparır, Ermənistanın vaxtı daralır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Moskva əmindir ki, Ermənistanın cənubundakı strateji əhəmiyyətli regionda Rusiyanın mövcudluğunun ardıcıl genişlənməsi Ermənistanın, Rusiyanın və bütövlükdə regionun uzunmüddətli maraqlarına cavab verir". Bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sünik vilayətinin (Zəngəzur) Kafan şəhərində Rusiyanın baş konsulluğunun açılması prosesinin hansı mərhələdə olduğu ilə bağlı suala cavabında bildirib. "Rusiyanın xaricdəki konsulluq idarələrinin həll etdiyi ənənəvi vəzifələri nəzərə alsaq, bu addım, fikrimizcə, ticarət və investisiyaların, elm-təhsil, mədəni-humanitar əməkdaşlığın dərinləşməsinə mühüm təkan verməyə qadirdir. Bu ərazi ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması üçün çox önəmlidir", - rusiyalı diplomat əlavə edib. Baş konsulluğun yaradılması üzrə qrupun işi ilə bağlı məsələ yanvarda Rusiya Xarici İşlər Nazirliyinin və Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərləri tərəfindən müzakirə olunub.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Qafanda konsulluq açmaq niyyəti İranın burada konsulluq açmasından sonrakı dövrə təsadüf edir və eyni zamanda Zəngəzurda Fransanın da konsulluq açmaq niyyətinin olduğu məlumdur: “Nəzərə alsaq ki, son üç ildə Rusiya-Ermənistan münasibətlərində soyuqlaşma kifayət qədər ciddi olub və Ermənistan mümkün qədər Rusiyadan uzaq dayanmağa çalışıb”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, Rusiyanın Qafanda konsulluq açmaqla bağlı niyyətinə cavab bu günə qədər gecikdirilir.

Rusiyanın Zəngəzurda konsulluq açmasının əsas səbəblərinə gəldikdə, politoloq vurğulayıb ki, Rusiya özünün Ermənistanda təsir imkanlarını saxlamaq üçün bu addımı atır.

“Vaxtilə Zəngəzur mis-molibden kombinatının əsas istismarçıları və sahiblərindən biri Rusiya şirkəti idi. Qafan-Zəngəzur bölgəsi İranla sərhəd hissələrdir. Vaxtilə Mehri ərazisində Rusiya sərhədçiləri İranla sərhədlərdə dayanmışdılar və o zaman bu anlaşılan məsələ kimi qəbul olunurdu. Digər tərəfdən nəzərə alsaq ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət məsələsində hələ də israr etməkdədir. Bu israrını da üçtərəfli bəyanatın doqquzuncu maddəsinə əsasən etməkdədir. Rusiya hesab edir ki, bu dəhlizdə nəzarət onda olacaqsa, eyni zamanda burada həm də Rusiya hərbçiləri olacaq. Eyni zamanda Rusiyanın müxtəlif şirkətlərinin Ermənistanın mədənçilik sektorunda iştirakını da nəzərə alsaq, bu, Rusiyanın maraqlarının nədən ibarət olduğunu aydınlaşdırır”-deyən politoloq bildirib ki, Ermənistan bununla bağlı müsbət qərar verməsi Qərbdən uzaqlaşması kimi dəyərləndirilməməlidir, çünki Ermənistan həm də Fransanın bölgədə konsulluq açmaq niyyətinə müsbət reaksiya verib.

Politoloqun fikrincə, bu bölgələrdə - Zəngəzurda hazırda Avropa İttifaqının məlum missiyasının qərargahları yerləşib və bu da onu deməyə əsas verir ki, Ermənistan Qərbdən uzaqlaşma siyasəti aparmır, sadəcə olaraq mövcud reallıqlarda Rusiya-Ukrayna savaşından dolayı Amerika və Rusiyanın müzakirələrə başlaması Rusiyanın vəziyyətdən çıxmasına və müəyyən qədər də güclənməsinə gətirib çıxarıb, Ermənistan da bunları nəzərə alır.

Oqtay Qasımov qeyd edib ki, konsulluğun açılması ilə bağlı konkret cavab gələn ay olmalıdır.

“Hələ o zamana qədər Ermənistanın qərar verməsi ilə bağlı vaxtı var. Düşünürəm ki, Ermənistanın bu təklifi geri çevirmək ehtimalı azdır. Sadəcə olaraq, uzun müddət bu məsələ ilə bağlı bir uzadılmaya gedildi, müəyyən qədər müxtəlif bəhanələrlə vaxt uzadıldı. Amma indi vaxt daralıb və Ermənistan konkret mövqe sərgiləməlidir”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri