Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Cənubi Qafqazda ən böyük xeyriyyəçi Fond

Cənubi Qafqazda ən böyük xeyriyyəçi Fond

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xeyriyyəçilik, xeyirxahlıq, mərhəmət, şəfqət Azərbaycan xalqının mənəvi simasını səciyyələndirən humanist keyfiyyətlərdəndir. Azərbaycan xalqı həmişə özünün xeyirxah, xeyriyyəçi insanları ilə fəxr edib. Tariximizə nəzər salsaq belə insanların olduğunu görərik. Hacı Zeynalabdin Tağıyev, Əjdərbəy Aşurbəyov və başqaları xeyriyyəçi kimi tanınıb və əməlləri qoyduğu izlərdə yaşayır. Əldə etdikləri gəlirlərin bir qismini millətə, xalqa xərcləmək böyük əməl sahibi olmaq deməkdir. Azərbaycan adlı bir məmləkətin inkişafı və tərəqqisinə o kəslər töhfə verir ki, damarından axan qanı millətə, vətənə sevgi hissi ilə yoğrulub. Savadsızlığa qarşı mübarizə aparmaq, insanları maarifəndirmək, kimsəsizə və ehtiyacı olana əl tutmaq və s. mənəvi dəyərlər böyük insanlıq deməkdir. İnsanlara yaxşılıq etməyə çalışan, başqasının dərdinə şərik olan, onun halına yanan, ehtiyacı olanlara kömək əli uzadan xeyriyyəçi insanlarımız hər zaman olub. Azərbaycan xalqı öz ənənələri ilə haqlı olaraq hər zaman fəxr edib. Bu gün bu ənənələri yaşadan və davam etdirən təşkilatlar, insanlar var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müasir dünyamızda xeyirxah əməlləri ilə xalqın ümid və pənah yerinə çevrilmişdir. Mehriban xanım Əliyeva müsahibələrinin birində "xeyriyyəçilik" termininin insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaratdığını bildirib: "Xeyriyyəçilik işlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – əlillərə, yetimlərə, qocalara və başqalarına bu və ya digər şəkildə kömək göstərilməsi ilə məhdudlaşır. Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Bununla bərabər, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir". Mehriban xanım Əliyeva onu da bildirib ki, bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər.

"XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ MÜƏYYƏN ƏMLAKIN, O CÜMLƏDƏN PUL VƏSAİTLƏRİNİN VERİLMƏSİ, MÜƏYYƏN İŞLƏRİN GÖRÜLMƏSİ, XİDMƏTLƏRİN TƏQDİM EDİLMƏSİ FORMASINDA HƏYATA KEÇİRİLƏ BİLƏR"

Əlbəttə ki, Heydər Əliyev Fondunun yarandığı zamandan bu günə qədər həyata keçirdiyi layihələr, xeyriyyəçilik əməlləri məhz nəcib əməllərin təzahürüdür.

Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. Böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı gördüyü işlərlə mənəvi rahatlıq tapır. Bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir. Mehriban xanım Əliyeva "Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər", - deyərək bildirir ki, həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür: "Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir". Bu həqiqətən də belədir. Hər bir işə, gördüyü xeyirxah əmələ görə insan ürəyini, qəlbini qoymalıdır. Bu işdə onun ruhu olmalıdır. Görüntü yaratmaq üçün deyil, qəlbin hökmünü ifadə etmək üçün nəcib əməllərə imza atmalısan.

Azərbaycan Prezident İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Dövlət başçımız Fondun yarandığı zamandan əsas məqsədinin, vəzifəsinin insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə vermək olduğunu bildirib.

"XEYRİYYƏÇİLİK FƏALİYYƏTİNDƏ İŞTİRAK MƏSƏLƏSİ İNSANIN RÜTBƏSİNDƏN, DƏRƏCƏSİNDƏN, VƏZİFƏSİNDƏN, MADDİ VƏZİYYƏTİNDƏN ASILI OLMAMALIDIR"

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işləri isə sadalamaqla qurtaran deyil. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Mehriban Əliyevanın sözlərinə görə. "Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər".

Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. "Təhsilə dəstək", "Yeniləşən məktəb" layihələri çərçivəsində yüzlərlə məktəb tikilib, təmir və bərpa olunubdur.

"Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir, - deyir Mehriban Əliyeva. Onu da qeyd edir ki, mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır: "Əlbəttə, xeyriyyəçilik fenomeninə geniş ictimai nöqteyi-nəzərdən, cəmiyyətin öz rifahı naminə xüsusi bir fəaliyyət kimi yanaşsaq, onun tarixən formalaşmış, öz yeri və fəaliyyət xüsusiyyətləri ilə fərqlənən sosial institut olduğunu görərik".

"TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN"

Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

HEYDƏR ƏLİYEV FONDUNUN DİNİ-TARİXİ ABİDƏLƏRƏ VERDİYİ YENİ HƏYAT

Cənab Prezident Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirib: "Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir".

Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Heydər Əliyev Fondu dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynayır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk günlərdən azad Qarabağda məscidlərimizi ziyarət etmişlər. Ermənilərin dağıtdığı ziyarətgahlarımızın, qəbirüstü abidələrimizin bərpası üçün tapşırıqlar vermişlər. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağda azərbaycanlılar öz doğmalarının dağılmış qəbirlərini ziyarət edə bildilər. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan səsləndi. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məscidi ziyarət edərək dövlət başçısının Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi məscidə hədiyyə etdilər. Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Artıq bir neçə dini abidələrimiz təmir və bərpa olunub. Eyni zamanda, Daşaltı və Hadrut şəhərlərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etmişdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür.

Görülən işlər Heydər Əliyev Fondunun prezidentinin xeyriyyəçilik, nəcib əməllərinə söykənir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri