Icma.az
close
up
RU
“Cənubi Qafqazda ən çox USAID layihələrinin reallaşdığı ölkə məhz Ermənistan idi” Millət vəkili

“Cənubi Qafqazda ən çox USAID layihələrinin reallaşdığı ölkə məhz Ermənistan idi” Millət vəkili

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"ABŞ hökumətinin səmərəliliyi departamentinin rəhbəri İlon Mask USAID-in ləğv prosesinin davam etdiyini açıqlayıb. USAID-in regiondakı rolu və fəaliyyəti nəzərə alınarsa, bu dəyişiklik  üçün hansı nəticələr doğura bilər?"
Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Kamran Bayramov bildirib ki, ABŞ hökuməti  Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti ilə bağlı artıq bir neçə qərar qəbul edib və bu gün USAID agentliyi dəyişiklərə məruz qalır:
“Məlum olduğu kimi dövlətin səmərəliliyi departamentinin təşəbbüsü ilə artıq bütün dünya üzrə bu agentliyin əməkdaşlarının məzuniyyətinə göndərilməsi və ümumiyyətlə bütün layihələrinin maliyyələşdirilməsinin dayandırılması barədə artıq xəbərlər dolaşmaqdadır. Ümumiyyətlə artıq açıqlanan materiallarda ABŞ hökuməti bildirib ki, bu gün USAID agentliyinin fəaliyyəti heç də humanitar xarakteri daşımırdı, daha çox fəaliyyət göstərdikləri ölkələrdə müəyyən təxribatçı fəaliyyətlə məşğul olurdular. Eyni zamanda bir sıra anlaşılmaz layihələrə vəsaitlər ayırırdılar. Hətta bu məsələdə onun rəhbəri Samantha Pover xüsusi can fəşanlıq edirdi. Eyni zamanda bildirmək lazımdır ki, USAID agentliyinin fəaliyyəti Cənubi Qafqaza qədər uzanmışdı. Yəni ki, bizim regionda da müxtəlif layihələr hətta keçirirdilər və heç də normal fəaliyyət deyildi. Çünki müəyyən təxribatçı hərəkətləri ilə Ermənistan tərəfini tutan bu qurum hər zaman çalışırdı ki, bu regionda gərginliyi artırsın. Eyni zamanda Azərbaycana qərəzi açıq aşkar göstərirdi”.
Millət vəkili onu da vurğulayıb ki,  Cənubi Qafqazda ən çox USAID layihələrinin reallaşdığı ölkə məhz Ermənistan idi:
“Ermənistana kifayət qədər böyük həcmdə vəsaitlər ayrılırdı. Bu gün artıq o layihələrinin maliyyələşdirilməsini dayandırıb. Prezident dəfələrlə bu barədə danışıb. Xarici işlər nazirimiz də bu barədə danışıb ki, USAID agentliyinin fəaliyyəti ölkəmiz üçün zərərlidir, təxribat xarakteri daşıyır. Hesab edirəm ki, elə Amerika hökuməti də artıq bunu özü görür. Gələcək dövrlərdə bu təşkilatın, agentliyin fəaliyyətinin hər tərəfli araşdırılması, əvvəlki layihələrinə bir nəzər yetirilməsi, bir çox qaranlıq məqamlara da aydınlıq gətirəcək. Eyni zamanda qanunsuz fəaliyyəti müxtəlif ölkələrdə təxribatçı fəaliyyəti üzə çıxacaq. Düşünürəm ki, bu kifayət qədər düzgün qərardır. Çünki bu təşkilat, USAID agentliyi ildə Amerika vergi ödəyicilərinin 40 milyard dollarını məhz  bütün dünyada bu cür yarıtmaz və zərərli layihələrə xərcləyirdi. Heç bir hesabatlıq da mövcud deyildi. Bu təşkilat eyni zamanda Dövlət Departamentinə bağlı olan təşkilat idi, amma onun da öz fəaliyyəti artıq bu gün də göz qabağındadır. Hesab edirəm ki, Amerika hökumətinin qəbul etdiyi qərar tam ədalətlidir.  Onun fəaliyyətinin gələcək dövrlərdə araşdırılması bu təşkilatın konkret sırf nə ilə məşğul olduğunu göstərəcəkdir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri