Icma.az
close
up
RU
Cənubi Qafqazda iki geosiyasi trend: seçimi Zaman edəcək!

Cənubi Qafqazda iki geosiyasi trend: seçimi Zaman edəcək!

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

K.Əlioğlu

Ekspertlər Cənubi Qafqazda geosiyasi dinamikanın yeni mərhələyə qədəm qoyduğunu vurğulayırlar. Regiona böyük güclərin təsiri artır. ABŞ, Avropa İttifaqı, Rusiya və İran daha çox fəallıq göstərirlər. Bunun fonunda Azərbaycan-Türkiyə tandeminin atdığı addımlar da maraq doğurur. Müqayisələr göstərir ki, regionda, faktiki olaraq, iki geosiyasi trend formalaşıb. Onlardan biri real gücə və pozitiv təsirə malik Azərbaycan-Türkiyə tandemidir, digəri isə spekulyativ xarakterli Qərb-Ermənistan əlaqələridir. Bunlardan hansının üstün gələcəyini Əlahəzrət Zaman göstərəcək.

Qafqaz sülh masası

Qafqaz dünya siyasəti üçün yüksək səviyyədə aktuallıq kəsb edən bir məkana çevrilib. Böyük təsiri olan qüvvələr nəyin bahasına olursa-olsun buradan özünə geosiyasi dividend götürməyə çalışırlar. Artıq ekspertlər bu gedişatın əyani təzahürlərini də müşahidə edir və ümumi nəticələr çıxarmağa çalışırlar. Onlar prosesə, adətən, ABŞ, Aİ, Rusiya, Türkiyə və İran arasında gedən mübarizənin dinamikası müstəvisində qiymət verməyə çalışırlar. Burada, təbii ki, Cənubi Qafqaz dövlətlərinin də fəaliyyəti kənarda qala bilməz. Onların hər birinin proseslərə təsir dairəsi və dərəcəsi fərqlidir.

Bununla Qafqazda sülh masasının kifayət qədər fərqli fraqmentlərdən təşkil olunduğu aydınlaşır. Hər bir iştirakçı-oyunçunun maraqları kontekstində bu mənzərəyə nəzər salmaqla regional geosiyasətin bir sıra yeni çalarlarını aydınlaşdırmaq olar.

Öncə, qeyd edək ki, hələlik heç bir güc qəti üstünlük qazana bilmir. Lakin onların hər biri intensiv fəaliyyətdədirlər. Bu tezisin işığında regiona təsiri olan hər bir gücün atdığı addımlara baxaq.

ABŞ: strateji tərəfdaş axtarışı

Uinston Çörçillin fikrinə görə, Amerika bütün səhv addımları atdıqdan sonra düzgün qərar verir. Cənubi Qafqazda bu tezisi təsdiqləyə biləcək proseslər gedir. Vaşinqton Cənubi Qafqaz ölkələri müstəqillik əldə etdikdən sonra yanlış addımlar atmaqdadır. Onların ilk nümunələrindən biri kimi Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən "Azadlığa dəstək aktı"na bədnam 907-ci düzəlişi xatırlaya bilərik. Cəmi bir neçə gün öncə Vaşinqtonda ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası da məqsədinə görə müəyyən mənada 907-ci düzəlişin astar üzüdür.

Əlbəttə, hər bir dövlət özünə strateji tərəfdaş seçməkdə sərbəstdir. Bu məsələ onun milli dövlət maraqları kontekstində qiymətləndirilməlidir. Lakin ABŞ kimi qüdrətli bir dövlətin Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənlik və təcavüzün qaynağı olan ölkəni hansı səbəblərdən özünə strateji tərəfdaş seçdiyi artıq ciddi sualdır. Məsələnin mahiyyəti, ümumiyyətlə, "strateji tərəfdaş" anlayışı ilə bağlıdır.

Hər şeydən öncə, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlıq bir çox məsələlərdə uzunmüddətli ortaq fəaliyyəti nəzərdə tutur. Bu zaman strateji tərəfdaşlığın bir neçə xüsusiyyəti qeyd edilir. Onların sırasında iştirakçıların əməkdaşlıqda qarşılıqlı maraqlarının olmaları, ümumi strateji məqsəd və vəzifələrin mövcudluğu, əməkdaşlığın fraqmentar deyil, əhatəli və uzunmüddətliliyi, qarşılıqlı münasibətlərin müxtəlif sferaları əhatə etməsi (məsələn, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və münaqişələrin həllində ortaq iştirakçı olmaq və s.), qarşılıqlı faydalı ticarət, birgə hərbi təlimlərin keçirilməsi və təhlükəsizliyin ortaq strategiyasının hazırlanması, hakimlik-tabeçilik qaydasının olmaması və s. kimi prinsiplər mövcuddur.

Cənubi Qafqazda real geosiyasi mənzərəyə nəzər saldıqda, ABŞ-ın vurğulanan istiqamətlərin hansında Ermənistanla həqiqi mənada tərəfdaş ola biləcəyinin aydın olmadığı üzə çıxır. Məsələn, təhlükəsizlik və ya münaqişələri həll etmək kimi vacib istiqamətlərdə Vaşinqtonla İrəvanın ortaq mövqeyi gerçəkdən mümkündürmü? Ekspertlər buna bənzər suallara tutarlı cavab tapa bilmədiklərindən ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasına da kağız sərfiyyatı kimi qiymət verirlər.

Lakin fakt odur ki, Vaşinqton Ermənistana sərhədin qorunması ilə bağlı məhdud sayda da olsa hərbi kontingent ("gömrük və sərhəd mühafizəsi komandası") göndərə biləcəyi ilə bağlı bəyanat verib. Vəziyyəti gərginləşdirən də məhz bu məqamdır. Çünki Aİ, Rusiya və İranın həmin fikir fonunda atdıqları addımlar regionda risk faktorunu müəyyən dərəcədə daha da yüksəldir.

Aİ, Rusiya və İran: "əlbir olub bir..."

Brüssel Ermənistanı Aİ-yə üzv qəbul etmək kimi avantürist və gerçəklikdən uzaq bir iddianın rəsmi İrəvan tərəfindən ortaya atılmasına dəstək verir. Son illər, ümumiyyətlə, Aİ rəsmiləri təşkilatın genişlənmə ehtimalından bəhs edirlər. Cəmi bir il əvvəl Ukrayna, Moldova və Gürcüstanın adları hallanırdı. İndi isə çox qısa müddətdə "aydın" oldu ki, Gürcüstan "yaramır", əvəzində, "Ermənistan çox yararlı imiş"! Əhsən, belə "əsaslı seçimə"!

Əslində isə məsələ, sadəcə, Brüsselin Cənubi Qafqazda dəyişən situasiyaya geosiyasi aspektdə avantürist reaksiya verməsindən və həmin aspektdə regiona kobud müdaxilə cəhdindən ibarətdir. Bunun qaynağı yenə də Ermənistan siyasi dairələridir. Onlar öz milli maraqları naminə deyil, antirusiya maraqlarına uyğun hərəkət edirlər. Lakin "hirslə qalxan zərərlə oturur"!

Rusiya da heç bir gerçəkçi addım atmır, hədələyir, qorxudur və təzyiq etməyə çalışır. Tehran özünə Rusiyanın timsalında hərbi sferada strateji tərəfdaş müəyyən etməklə vəziyyətə təsir edə biləcəyini nümayiş etdirir. Moskvada iki ölkənin imzaladığı sənədləri müttəfiq olmadan bir-birini müdafiə etmək proqramı kimi qiymətləndirirlər. Yəni, Moskva və Tehran strateji düşərgə yaratmırlar, lakin bir-birinin "başının milçəyini qorumaqda" qarşılıqlı faydalı ola bilərlər.

Aİ, Rusiya və İranın vurğulanan məqamda Cənubi Qafqazdakı fəaliyyətlərinə vahid bucaq altında baxsaq, görərik ki, məlum təmsildə olduğu kimi, "əlbir olub bir ayı bir şir ilə..." məntiqi ilə hərəkət edirlər. Bir-biri ilə əsl dost olmadan onlar sanki ortaq mövqedən regionda ABŞ-ın təkbaşına təsir faktoru olmasını neytrallaşdırmağa çalışırlar. Ancaq bir mühüm məqamı unudurlar.

Cənubi Qafqazın real geosiyasi gücü: Azərbaycan-Türkiyə tandemi!

Ekspertlər belə bir fikir irəli sürürlər: Azərbaycan "Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir". Bu tezisdə həqiqət payı xeylidir. Çünki regionun real geosiyasi gücü Azərbaycandır. Bu faktı qəbul etmək istəməyənlər, əlbəttə, "Qafqaz masası"nda iştirakçı ola bilməzlər. Bir sıra analitiklərin gəldiyi qənaət belədir: "Azərbaycan Cənubi Qafqaz regionunda açar geosiyasi oyunçu və iqtisadi mərkəzdir".

Bu faktın fonunda Türkiyənin və bütövlükdə Türk Dövlətləri Təşkilatının buradakı təsir imkanlarını yaddan çıxarmaq olmaz. ABŞ, Aİ, Rusiya və İran isə sanki məhz bu məqamı gözardı etməyə cəhdlər göstərirlər. İnsafən, onların sırasında gerçəkliyə uyğun mövqeni hələlik ancaq Rusiya nümayiş etdirir. Digərləri isə hay-küylü oyunçuluq nümunəsi göstərirlər. Bu məqam Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya son səfəri fonunda daha aydın özünü göstərir. H.Fidanın Bakıda apardığı müzakirələrlə Mirzoyanın Vaşinqtonda imzaladığı kağız parçasının siyasi mənası tərs mütənasibdir – Fidan gerçək gücü təmsil edir, Blinken-Mirzoyan cütlüyü isə əməkdaşlıq ilğımıdır.

H.Fidan "güclü Türkiyə güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyədir" tezisini ürəkdən deyir, Blinken isə bir dəfə də olsun "güclü Ermənistan güclü Amerikadır" demir – əgər desə çox gülünc alınar! Çünki Azərbaycanın gücünün Türkiyənin gücünə güc qatdığını təsdiq edən çox faktlar vardır. Azərbaycan Türkiyə üçün də çox səmərəli nəticələr verə bilən addımlar atır. Bəs İrəvan hansı addımları ilə nəinki ABŞ-a, ümumiyyətlə, Qərbə və ya Rusiyaya gerçəkdən səmərə verir? Hələ belə bir fakta kimsə rast gəlməyib.

Rəsmi İrəvan ancaq ya nəsə yardım tələb edir, ya şikayətlənir, narazılıq edir, ya da abstrakt layihələr irəli sürüb beyinləri xarab edir. Özü hələ normal dövlət ola bilməyib, Cənubi Qafqazda "sülhü və ya dünyaları kəsişdirir"!

Deməli, hazırda Cənubi Qafqazda iki geosiyasi trend özünü göstərir. Biri Ermənistanın daxil olduğu "formal geosiyasi oyunçuluq və pozuculuğu" təmsil edir, digəri Azərbaycanın aparıcı olduğu və regional vəziyyəti inkişaf etdirə bilən real trenddir! Seçimi Zaman özü edəcək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see217

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see208

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see170

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see157

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see143

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see136

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see136

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see130

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see129

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see129

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see126

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see125

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see124

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see122

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see122

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see119

Ərdoğan ABŞ yə çağırış etdi

02 Sentyabr 2025 19:26see117

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri