Icma.az
close
up
RU
Cənubi Qafqazda şahmat oyunnu: İran Azərbaycana qarşı hansı gedişi seçir?

Cənubi Qafqazda şahmat oyunnu: İran Azərbaycana qarşı hansı gedişi seçir?

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan–İran münasibətləri heç vaxt tam sabit olmayıb. Xüsusilə Tehranın provokativ açıqlamaları və atdığı qıcıq doğuran addımlar ikitərəfli münasibətləri tez-tez gərginləşdirib. İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlişi və Azərbaycana səfəri, eləcə də Bakı-Tehran münasibətlərini normallaşdırmaq cəhdləri ilk baxışdan pozitiv siqnal kimi dəyərləndirilə bilər. Lakin paralel olaraq, İran rəsmilərinin, din xadimlərinin və media resurslarının şər, böhtan xarakterli və açıq-aşkar provokativ çıxışlarının davam etməsi vəziyyəti yenidən qeyri-müəyyən və ziddiyyətli hala gətirir.

Bakupost.az xəbər verir ki, bunu politoloq Turab Rzayev qeyd edib.

O bildirib ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ardıcıl neqativ fikirlər bu kontekstdə xüsusilə diqqət çəkir:

"Məsələn, Vilayəti iddia edir ki, Zəngəzur dəhlizinin yaradılmasının qarşısını məhz İran alıb: “İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsidir. Bəzi ölkələr Zəngəzur dəhlizini – mahiyyətcə parçalanma layihəsi kimi – yaratmaq və İranın Avropaya gedən dəhlizini bağlamaq bəhanəsi ilə Naxçıvanı Ermənistan üzərindən Azərbaycanla birləşdirməyə cəhd edəndə, İran qəti şəkildə bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”. Vilayəti daha sonra Zəngəzur dəhlizinin məqsədinin yalnız İranı şimal istiqamətindən təcrid etmək yox, eyni zamanda Rusiyanı cənubdan mühasirəyə almaq olduğunu iddia edir. Onun mövqeyi, əslində təəccüblü deyil, çünki bu, illərdir İranın dilə gətirdiyi ənənəvi geosiyasi tezislərin davamıdır".

Politoloqun sözlərinə görə, Vilayətinin bu iddiaları Bakı-Moskva münasibətlərinin gərgin, Ermənistanla sülh danışıqlarının isə nisbətən müsbət məcrada davam etdiyi bir dönəmdə səsləndiməsi maraq doğrurur:

"Əli Əkbər Vilayətinin mövqeyindən fərqli olaraq, İran Prezidenti Məsud Pezeşkian daha pozitiv və praqmatik mesajlar verir. O, Şimal-Cənub dəhlizinin tamamlanmasının Tehran üçün sanksiyalardan çıxış yolu ola biləcəyini vurğulayır: “Əgər mövcud imkanlardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yaranacaq nəqliyyat marşrutu sensasiya olacaq. O zaman bizi sanksiyalara məruz qoymaq mümkün olmayacaq”. Diqqətçəkən məqam ondan ibarətdir ki, Pezeşkianın sanksiyalardan çıxmaq üçün əsas alternativ kimi gördüyü Şimal-Cənub dəhlizində də Azərbaycanın rolu açardır. Bu isə Əli Əkbər Vilayətinin ciddi şəkildə tənqid etdiyi, qarşı çıxdığı Zəngəzur dəhlizindən o qədər də fərqlənmir. Hər iki layihənin mərkəzində Azərbaycan dayanır. Əslində, İranda prezidentlə ali dini rəhbərlik arasında fikir ayrılığı mümkünsüz deyil, əksinə, bu, ölkənin siyasi sisteminin öz təbiətindən qaynaqlanır. Bu ziddiyyət açıq qarşıdurma formasında olmasa da, prioritetlər və baxışlarda aydın şəkildə görünür".

O bildirib ki, prezidentlərin daha çox daxili idarəetmə və iqtisadi məsələlərlə məşğul olduqları halda, xarici siyasət, xüsusilə də Cənubi Qafqaz kimi həssas bölgələrlə bağlı əsas söz dini rəhbərliyə məxsusdur:

"Bu səbəbdən, biz bir tərəfdən əməkdaşlıq və dialoq çağırışları eşidirik, digər tərəfdən isə qarşıdurma və təhlükə ritorikasına şahid oluruq.

Əli Əkbər Vilayəti və ona yaxın çevrələrin yanaşması daha çox İranın “dirəniş cəbhəsi” konsepsiyasına xidmət edir. Bu çevrələr Qərbin və NATO-nun regiona təsirinin qarşısını almağa çalışmaqla yanaşı, türk dövlətlərinin yaxınlaşmasını da strateji təhlükə kimi görür. Xüsusilə də Azərbaycanın Naxçıvanla birləşməsi onların geosiyasi xəritəsində “qırmızı xətt” sayılır. Bu da Tehranın köhnə panfarsist yanaşmasının davamı olaraq qəbul edilə bilər.

Bütün bu ziddiyyətlərin mahiyyətində ideoloji və sistematik məsələlər dayanır. İranın siyasi arxitekturası paralel və bəzən bir-birinə zidd mövqelərin eyni anda ifadə olunmasına imkan verir. Nəticədə isə ölkənin rəsmi mövqeyi çox zaman ziddiyyətli, qeyri-müəyyən və etibarsız görünür.

Azərbaycan məhz buna görə İranla münasibətləri müəyyən balansda saxlayır. Yəni Tehran ilə gərginlik Bakıya sərf etmədiyi kimi, İranın sərt ritorikasına da səssiz qalmırıq".

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri