Icma.az
close
up
RU
Статья не опубликована
Cənubi Qafqazda Yeni Balans: Tramp və Azərbaycan əlaqləri AÇIQLAMA

Cənubi Qafqazda Yeni Balans: Tramp və Azərbaycan əlaqləri AÇIQLAMA

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

“Donald Trampın İlham Əliyevə ünvanladığı təbrik məktubu, mahiyyət etibarilə iki ölkə arasında münasibətlərin gələcək inkişafı və birgə əməkdaşlıq sahələrinin yaradılması üçün vacib siqnal olaraq dəyərləndirilə bilər. Bilinir ki, Trampdan öncəki ABŞ Prezidenti Co Baydenin dövründə Azərbaycanın ABŞ-la münasibətləri 1992-ci il səviyyəsinə enmişdi. Belə ki, ABŞ-da Azərbaycana qarşı 1992-ci ildə qəbul edilən, lakin 2000-ci ildən etibarən hər il dondurulan “907-ci düzəliş” məhz Baydenin dövründə yenidən qüvvəyə mindirilmişdi. Bayden administrasiyası son günlərini yaşayarkən Ermənistanla tələsik şəkildə “Strateji tərəfdaşlıq sazişi” imzalamış, 2023–2024-cü illərdə isə tarixdə ilk dəfə ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirilmişdi. ABŞ-ın dəstəyi ilə Ermənistan Avropa Sülh Fondundan on milyonlarla dollar dəyərində hərbi yardım paketi əldə etmişdi. Bütün bu proseslər ABŞ-ın Cənubi Qafqazda balansı pozmağa yönəlmiş addımları kimi qiymətləndirilirdi. Prezident İlham Əliyev də son ADA konfransında bu siyasəti ABŞ-ın Ermənistana münasibətdə birtərəfli mövqe tutması kimi səciyyələndirmişdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, dünyada baş verən siyasi dəyişikliklər ölkələr arasındakı münasibətlərə də təsir göstərir. Xüsusilə ABŞ-da Respublikaçıların hakimiyyətə gəlməsi, ölkənin xarici siyasətində yeni yanaşmaların ortaya çıxmasına səbəb olub. Donald Trampın yenidən prezident seçilməsi, ABŞ-ın Cənubi Qafqaz siyasətində də müəyyən dəyişikliklərə yol açıb. Trampın Azərbaycanla bağlı fikirləri, Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu və Azərbaycanın bölgədəki rolu, iki ölkə arasında münasibətlərin yenidən inkişaf etməsi üçün mühüm zəmin yaradıb. Tramp administrasiyasının regiona olan baxışı və Azərbaycanla əməkdaşlıq məsələsinə yanaşması, bu sahədə yeni perspektivlər vəd edir.

Siyasi şərhçi bildirib ki, Trampın hakimiyyətə qayıdışı ilə Cənubi Qafqazda balansın bərpası istiqamətində addımlar atılmağa başlanıb.

“Artıq Azərbaycan-ABŞ münasibətləri müsbət bir trenda keçib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, birinci əsas məqam ABŞ-da Azərbaycana qarşı yönələn fəaliyyətin dayandırılmasıdır. Bunun ən bariz nümunələri sırasında Tramp hakimiyyətə gəldikdən sonra USAID-in fəaliyyətinin ifşası fonunda Azərbaycana qarşı qarayaxma kampaniyalarının səngiməsi və yaxın günlərdə Avropa Sülh Fondundan Ermənistana ayrılması nəzərdə tutulan 20 milyon avroluq növbəti hərbi yardım paketinin dondurulması göstərilə bilər. Qeyd edilməlidir ki, bu yardım paketi formal olaraq Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olan Macarıstanın vetosu ilə dayandırılıb. Halbuki, Macarıstan daha əvvəlki yardım paketlərinə veto qoya bilməmişdi. Bu isə həmin qərarda başqa bir amilin – ABŞ faktorunun – mövcud olduğunu göstərir. Bayden administrasiyası dövründə ABŞ Macarıstanın Baş naziri Viktor Orbanın siyasi kursunu təqdir etmədiyinə görə onun ətrafına qarşı “Qlobal Maqnitski Aktı” çərçivəsində sanksiyalar tətbiq etmişdi. Tramp isə bu sanksiyaları yaxın günlərdə ləğv etməklə yanaşmanın dəyişdiyini nümayiş etdirdi. Bu kimi geopolitik dəyişiklikləri məhz bu cür incə detallarda müşahidə etmək mümkündür. Azərbaycan–ABŞ münasibətlərinin yaxşılaşacağına dair ikinci mühüm məqam isə artıq müxtəlif səviyyəli təmasların yaradılması və əməkdaşlıqla bağlı ikitərəfli danışıqların aparılmasıdır. Beləliklə, yaxın dövrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyi ehtimal olunur. Bu, həmçinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra artan nüfuzu, regional sülh gündəliyindəki aparıcı rolu, qlobal proseslərə təsir gücü və Şərqlə Qərb arasında strateji keçid funksiyasının yeni layihələrlə möhkəmləndirilməsi ilə birbaşa bağlıdır”.

Siyasi şərhçi sonda əlavə edib ki, bu kontekstdə Ermənistanın qeyri-rasional siyasi davranışları da diqqətdən kənarda qalmır:

“ABŞ-la tələm-tələsik imzalanmış “Strateji tərəfdaşlıq sazişi”nin real müstəvidə həyata keçirilə bilməməsi kimi, indi də Ermənistan–İran arasında strateji tərəfdaşlıq sazişinin imzalanması gündəmdədir. Belə bir sazişin baş tutması Ermənistanın ABŞ-la münasibətlərinə ciddi zərbə vura bilər. Nəticədə Ermənistanın strateji tərəfdaşlarının heç biri üçün uzunmüddətli əhəmiyyət və sədaqət nümayiş etdirə bilmədiyi bir daha ortaya çıxacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 16 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri