Icma.az
close
up
RU
Cənubi Qafqazdan başlayan “Yeni dünya” sistemi: İlham Əliyev fenomeni KONKRET

Cənubi Qafqazdan başlayan “Yeni dünya” sistemi: İlham Əliyev fenomeni KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Vaşinqton zəfəri nəinki Azərbaycanın, eləcə də regionun gələcəyi üçün elə bir əhəmiyyətə malikdir ki, buna yalnız tarix qiymət verəcək.

Analitik materiallarda, köşə yazılarında, şərh və müsahibələrdə, politoloqların, tanınmış ictimai-siyasi xadimlərin, ustad qələm adamlarının apardığı müzakirələrdə tarixi Vaşinqton görüşü haqqında çox danışıldı, bütün detallar incələndi, maraqlı məqamlara aydınlıq gətirildi. Amma yenə də elə bil nə isə deyilmədi. Bilirsiniz, mənim ağlıma nədənsə 2001-ci ilin sentyabrın 11-də ABŞ-də baş verən terror hadisəsi gəlir. 21-ci əsrin ən böyük, diqqətçəkən olayı ilə yeni era məhz Birləşmiş Ştatlarda qüllələrin vurulması ilə başladı. Məhz həmin dövrdən sonra Amerika Əfqanıstanda genişmiqyaslı müharibə qərarını verdi və beləliklə, qlobal təhlükəsizlik siyasətində inanılmaz proseslər sürətlə bir-birini əvəz etdi.

Bu siyasətin mahiyyətində “Terrorla mübarizə” strategiyasına start verildi. Onun ardınca, yəni 2003-cü ildə Birləşmiş Ştatlar İraqa hücum etdi, Səddam Hüseyn devrildi, Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik yarandı. İki il sonra Londonda bir-birinin ardınca terror aktları törədildi. 2005-ci ilin iyul ayının 7-də ard-arda baş verən partlayışlar, hücumlar Avropanı lərzəyə saldı. 11 sentyabrın acı izləri dünyanı ABŞ-də 2008-2009-cu ildə başlayan qlobal maliyyə böhranına qədər gətirib çıxardı. Artıq yaşadığımız dünya cəhənnəmə dönmüşdü. 2010-2012-ci illərdə Tunis, Misir, Liviya, Suriya və digər ölkələrdə baş verən “Ərəb baharı”, Yaponiyada zəlzələ və Fukusimadakı nüvə fəlakəti, 2014-2017-ci illərdə Orta Şərqdə İŞİD-in əli ilə yeni terror müharibələri yaxın gələcəkdə baş verə biləcək apokalipsisdən xəbər verirdi. Rusiyanın Krımı işğal etməsi ilə böyük güclərin əsəbləri tarıma çəkildi. Dünya məcbur olub diqqətini qlobal iqlim dəyişikliyinə yönəltməklə artan münaqişə ocaqlarını səngitmək istəyirdi. 2015-ci ildəki Paris iqlim sazişi imzalandı. Dünya 2020-ci ildə COVID-19 pandemiyası ilə fövqəladə vəziyyət elan etdi. Apokalipsisdən çıxmaq üçün hər vasitəyə əl atıldı.

Zika virusu epidemiyası, sonradan ABŞ-nin Əfqanıstandan çıxışı belə Yer kürəsinin çiçəklənmə dövrü ilə bağlı mesajlarını qabarda bilmədi. Nə isə baş verməli idi. “11 sentyabr hadisələri” başqa sifətdə təcəlla etməli idi. Çünki dünya ədalətə hamilə qalmışdı. Amma hər kəsin də etiraf etdiyi kimi bir lider böhranı yaşanırdı.

Bəli, 2001-ci ildə Vaşinqtonya bir cüt qüllənin “yoxa çıxması ilə” dünya beləcə dəyişdi. 12 il sonra inşası başa çatan Alov Qüllələri isə Bakıdan dünyaya Böyük İradənin zühur edəcəyindən xəbər verirdi.

Və budur, 2020-ci ildə dünyanın 35 ildir unutduğu bir regionda bu İRADƏ işə düşdü. Qlobal layları yerindən oynadan bir SAVAŞ başladı. Azərbaycan tarixində bu mərhələ 2-ci Qarabağ və ya Vətən Müharibəsi adlanmağa başlayacaqdı.

Fransa, Rusiya, ABŞ və digər güclər gözləmədiyi bir situasiya ilə üzləşdi. Onlar üçün qəfil olan qanlı toqquşmalar baş verdi. Axı bütün ssenarilər bu paytaxtlarda yazılırdı. İlham Əliyev iradəsi göstərdi ki, bu dəfə xalq öz taleyini özü YAZACAQ. Ali Baş Komandan həyatını riskə atdı, xalqının “Ya Qarabağ, ya ölüm” çağırışına hay verdi. O, zamanını seçdi, “Nəyi, necə, nə vaxt etmək lazım olduğunu göstərdi. Sinəsini qabağa verib dünyaya mesajlarını çatdırdı. “Artıq çox şey dəyişəcək”, – deyə diqqətləri üzərinə çəkdi. Amma beynəlxalq aləm nə baş verdiyini tam anlaya bilmirdi və yaxud anlamaq istəmirdi. Ona görə də var gücü ilə sərkərdənin üzərinə hücumlar oldu, kəskin suallar ünvanlandı, hədə-qorxu gəlindi. Ancaq xalqı və ordusu ilə həmrəy olan Ali Baş Komandanla bacarmaq mümkün olmadı.

44 günlük müharibə təkcə Azərbaycanın taleyini dəyişmədi. Qısamüddətli antiterror əməliyyatları ilə təkcə Xankəndi separatçılardan azad olmadı. Qlqobal güclər bir şeyin fərqinə varmağa başladılar. İlham Əliyev dünyaya yeni bir era vəd edirdi. Apokalipsisdən xilas olmağın yolu göstərilirdi. Bu isə Cənubi Qafqazda Böyük Ədalətin təmin edilməsi ilə özünü göstərdi. Artıq məlum oldu ki, İlham Əliyev təkcə Azərbaycanın deyil, eləcə də dünyanın ədalətə ehtiyacı olduğunu deyir, çox böyük iqtisadi layihələrin vacibliyindən danışır, Avropanı enerji böhranından çıxarır, müdrikliyi ilə ərazisi Azərbaycandan qat-qat böyük olan ölkələrin lidelərini heyran qoyur.

Ukraynaya humanitar yardımlar edir, qardaş Türkiyənin böyük zəlzələdən sonra şəhərlərini tikir, Fransaya, onun rəhbərinə dərs verir, Putinə prinsipial rəhbər olduğunu xatırladır, İrana Pezeşkiana qədər elə bir yanaşma sərgiləyir ki, heç kim nəyin baş verdiyini anlamır. Vaşinqton zəfərinə qədər. Vaşinqton görüşündə məlum olur ki, uzaqgörən lider artıq təhlükəyə çevrilən süni intellektin yaratdığlı inqilabi dəyişiklikləri Azərbaycanın xeyrinə yönəltmək üçün vaxtında mühüm qərarlar veribmiş.

Və ən nəhayət, dünya yalnız Ermənistanla Azərbaycan arasında baş tutacaq sülhdən sonra bütün savaşların müalicəsi olan, hər bir dövlətin maraqlarını təmin edən böyükmiqyaslı iqtisadi layihələri reallaşdırmalı, buna qədər mövcud olan münasibətlər sistemi tam dəyişməlidir. Ağ Evin dəhlizlərində İlham Əliyevin bədən dili və davranışları da yeni təhlükəsiz dünya sisteminin labüdlüyünü özündə ifadə edirdi. Bu mənada Ağ Evin rəmzi açarı dünyanın bir nömrəli ofisində ona təsadüfən verilmədi.

ABŞ Dövlət Katibi Marko Rubionun dediyi kimi, İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın imzaladığı razılaşma qlobal əhəmiyyətli tarixi sülh müqaviləsinin əsasını qoydu. Fransa prezident Emmanuel Makron məcbur olub bu ifadələri işlətdi: “İndi sülh müqaviləsinə mane olan heç nə qalmayıb”. İranın bəzi dairələri Vaşinqton razılaşmasına qısqanclıqla yanaşsa da, razılaşma qarşısında boyun əyməkdən başqa çarəsi qalmadı.

Beləliklə, istər regional, istərsə də bundan sonrakı münaqişə riskləri azaldı. Prosesin məntiqi nəticəsində Qara dəniz–Xəzər hövzəsi enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin möhkəmlənməsinə zəmin yarandı, Avropa və Asiyanın iqtisadi əlaqələrinin dərinləşməsinin istiqamətləri müəyyən edildi.

Artıq böyük güclər arasında balanslı əməkdaşlıq erası başlayacaq. Belə ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bu razılaşma Qərb-Rusiya-İran rəqabətinin gərgin nöqtəsində sistematik dialoqu işə salacaq. Artıq bu, digər “dondurulmuş münaqişələr” üçün də diplomatik presedent yaradacaq (məsələn, Gürcüstan–Abxaziya, Moldova–Dnestryanı). Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş addımlarda BMT Nizamnaməsinin və beynəlxalq hüququn üstünlüyü yenidən bərqərar olacaq. Və ən nəhayət, hərbi eskalasiyanın qarşısı alınmaqla NATO, KTMT və digər hərbi blokların bir-biri ilə baş-başa gəlməsi ehtimalı tam azaldı.

İndi gördünüzmü, İlham Əliyev dünyanı tam cəhənnəmdən qurtardı. Buna dünya şahid oldu, Trampın imzası ilə.

Fadil Paşayev,

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Avqust 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri