Icma.az
close
up
RU
Cənubi Qafqazdan xəbərsiz “ekspert”in ermənisayaq YALANI

Cənubi Qafqazdan xəbərsiz “ekspert”in ermənisayaq YALANI

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“8 avqust tarixli Vaşinqton sazişində mən heç bir iqtisadi komponent görmürəm. Mən yalnız qonşunun (Azərbaycanın) öz ərazisinin başqa hissəsinə (Naxçıvan MR) çıxış əldə etmək istəyini görürəm”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “UBS Maliyyə Bankı”nın vitse-prezidenti və Silikon Vadisində maliyyə məsləhətçisi olan Mark Çenian sentyabrın 30-da “Bir dam altında olan ölkələr” konfransında belə deyib. Onun sözlərinə görə, iqtisadi komponenti artırmaq üçün yolu Sevan (Göyçə) ərazisindən keçməklə, qərbə doğru da çəkmək olar. O qeyd edib ki, Ermənistanda davamlı iqtisadi artımı təmin etmək üçün kredit maliyyələşdirilməsinə deyil, kapitala diqqət yetirməklə bank investisiyalarının inkişaf etdirilməsi vacibdir. 

Ekspert əlavə edib ki, insan resurslarının inkişafı, o cümlədən dünya şöhrətli universitetlərin yaradılması da mühüm şərtdir. “Ölkə özəl sektora kapital qoyuluşuna hazır olmalıdır. Əgər belə şərait yaradılarsa, davamlı inkişaf üçün möhkəm zəmin yaranar”, - Çenian yekunlaşdırıb. 

Mark Çenian maliyyəçi olsa da, heç bir iqtisadi əsaslandırması olmayan fikirlər onun Cənubi Qafqazdan, ümumiyyətlə, xəbərsiz olduğunu göstərir. Eyni zamanda, amerikalı “ekspert”in Zəngəzur dəhliznin açılmasına qarşı çıxan erməni təbliğatının təsiri altında olduğu da açıq hiss olunur. Çenian “Tramp marşrutu”nda heç bir iqtisadi komponent görmədiyini iddia edir. 

Halbuki Tramp adminstrasiyasını bu layihəyə cəlb edən edən başlıca səbəb Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinin idarə edilməsində iştirak etmək və tranzit daşımalarından əldə olunacaq gəlirin 40 faizinə sahib olmaqdır. Biznes maraqlarını geosiyasi maraqlardan üstün tutan Prezident Tramp “Orta dəhliz”in perspektivdə dünyanın ən gəlirli nəqliyyat-ticarət marşrutlarından biri olacağını görür. Bu baxımdan, Zəngəzur dəhlizi Çin, Mərkəzi Asiya və Avropa arasında ötürücülük funksiyasına görə mühüm strateji rola malikdir. 

Lakin adıçəkilən marşruta Türkiyə, İran, Pakistan, Ukrayna, Yaxın Şərq ölkələri də maraq göstərir. Çünki Rusiya ilə Ukrayna arasında müharibənin daha da genişlənməsi, eyni zamanda Qırmızı dənizdəki hərbi toqquşmalar yük daşımalarına ciddi problemlər yaradır. Zəngəzur dəhlizi isə məsafə və təhlükəsizlik baxımından daha əlverişlidir. 

Ona görə də bu tranzit gəlirlərindən əldə edilən vəsait zəif iqtisadiyyata malik Ermənistanın inkişafına səbəb ola bilər. Bütün bunlara nail olmaq üçün Ermənistanın blokadadan çıxması lazımdır. Lakin nəqliyyat marşrutları blokdan açılmadan qeyd edilən proses baş verə bilməz. Yəni Ermənistan Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməli, ilk növbədə, Zəngəzurdan keçən dəmir yolu və avtomobil yollarını açmalıdır. 

Çünki bu yollar regional və strateji əhəmiyyətə malikdir. Çenianın təklif etdiyi Göyçə ərazisindən keçən yollar isə regional yükdaşımalar üçün əlverişli sayılmır. Həmin ərazinin relyefi də buna imkan vermir. Sadəcə olaraq, Çenianın iddiaları vaxtilə Ermənistan hökumətinin irəli sürdüyü və iqtisadi potensialı olmayan “Sülh kəsişməsi” layihəsini yenidən gündəmə gətirməklə Zəngəzur dəhlizinə maneə yaratmaq məqsədi daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Cənubi Qafqaz ekspert

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri