Icma.az
close
up
RU
Cənubi Qafqazın iki ölkəsi AŞPA dan niyə imtina etdi Seyidov açıqladı

Cənubi Qafqazın iki ölkəsi AŞPA dan niyə imtina etdi Seyidov açıqladı

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Şurasının daxilində dərin böhran hökm sürür. İndi özləri də hazırkı vəziyyətdən necə çıxacaqlarını bilmirlər. Belə bir böhranın yaranması, onun bu vəziyyətə çatdırılması məhz AŞPA daxilində olan destruktiv qüvvələrdir. Almaniyalı deputat Frank Şvabe başda olmaqla onların kimliyi hər kəsə bəllidir.

Bunu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“AŞPA daxilində problemlər həll olunmayana qədər onlarla iş təşkil edib, normal şəkildə ünsiyyət qurmaq mümkün deyil. Ona görə də Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarın 24-də verdiyi bəyanatında mövqeyini açıq şəkildə ifadə edib. Təşkilat ikili standartlardan, Azərbaycanı ittiham etməkdən, ölkəmizin etmədiyi işləri onun ayağına yazmaqdan əl çəkməyəcəklərsə, onlarla normal şəkildə ünsiyyət qurulmayacaq”, - deyə o qeyd edib.

Komitə sədrinin fikrincə, AŞPA-da baş verən son hadisələr göstərdi ki, Azərbaycan bu məsələdə haqlı tərəfdir: “AŞPA-nın Gürcüstana olan yanaşması növbəti nümunə oldu. Məhz Gürcüstan tərəfi də bu təşkilatla işləmək imkanı olmadığına görə, oradan uzaqlaşdı. Beləliklə, Cənubi Qafqazın iki ölkəsi AŞPA-dan imtina etmiş oldu. Sözsüz ki, proses bundan sonra da davam edəcək”.

Səməd Seyidov bildirib ki, Avropa Şurası daxildən çürüyür: “Bunun günahkarı isə özləridir. Təşkilatın strukturlarının içərisində radikal mövqedə olan solçular və qlobalistlər bu işin icraçılarıdır”.

Qeyd edək ki, yanvarın 29-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış plenar iclasının açılış günündə Gürcüstanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təşəbbüs irəli sürülüb və onların fəaliyyətinin qismən məhdudlaşdırılması ilə bağlı qərar verilib.

Xatırladaq ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri