Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Cənubi Qafqazın yeni inkişaf erası...

Cənubi Qafqazın yeni inkişaf erası...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Ümumi hədəflər: sabitlik, regional inteqrasiya və geosiyasi perspektiv

Sirr deyil ki, inkişafın ən ümdə şərti sabitlik, sülh və normal münasibətlər sistemidir. Xüsusilə regional münaqişələr tarix boyu ayrı-ayrı coğrafiyaların inkişaf trayektoriyasına birbaşa təsir göstərən əsas amillərdən biri olub - təhlükəsizliyin təmin olunmadığı, siyasi sabitliyin zəif olduğu və davamlı risklərin hökm sürdüyü mühitdə nə iqtisadi yüksəliş, nə də sosial rifahdan danışmaq mümkün deyil. Belə bir halda münaqişə zonalarında investisiya cəlbediciliyi aşağı düşür, infrastruktur layihələri ya dayanır, ya da gecikir, məcburi miqrasiyanın səviyyəsi yüksəlir, qaçqınlıq və məcburi köçkünlük ümumən regionun ab-havasına mənfi təsir göstərir. Bu baxımdan, regional təhlükəsizlik yalnız hərbi və siyasi məsələ kimi deyil, eyni zamanda iqtisadi inkişafın fundamental şərti kimi qəbul olunur.

Cənubi Qafqaz regionu da uzun illər məhz bu cür mürəkkəb mənfi reallıqların təsiri altında yaşamağa məcbur olub. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqların işğalı və separatizmə verilən dəstək nəticəsində bölgə uzun müddət müharpibə şəraitində yaşamayıb. Ən əsası isə bu mühit bütövlükdə Cənubi Qafqazın inkişafına mane olub. Halbuki, coğrafi baxımdan Avrasiyanın mühüm kəsişmə nöqtəsində yerləşən Cənubi Qafqaz böyük geostrateji potensiala malikdir. Bu region həm enerji marşrutlarının keçdiyi ərazi, həm nəqliyyat-logistika baxımından körpü rolunu oynayan məkandır - paralel olaraq həm də turizm və investisiya üçün geniş imkanlara sahibdir. Lakin Eromənistanın təcavüzkar siyasəti bu potensialın uzun illər reallaşdırılmasına mane oldu, Təxminən 30 il ərzində Cənubi Qafqaz regionu imkanlarından geri qaldı. Bu gerilik yalnız iqtisadi göstəricilərdə deyil, həm də siyasi əməkdaşlıq, regional inteqrasiya və beynəlxalq layihələrdə iştirak səviyyəsində özünü göstərdi. Lakin son illərdə baş verən hadisələr bu mənzərəni köklü şəkildə dəyişdirdi - region yeni inkişaf mərhələsinə qədəm qoydu.

Yeni təhlükəsizlik arxitekturası və dəyişən reallıqlar

44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda formalaşmış uzunmüddətli status-kvonu kökündən dəyişdirərək yeni təhlükəsizlik arxitekturasının əsasını qoydu. Bu dəyişiklik yalnız hərbi nəticələrlə məhdudlaşmadı, eyni zamanda siyasi və iqtisadi müstəvidə də ciddi transformasiyalara yol açdı. Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində regionda ədalət prinsiplərinə əsaslanan yeni reallıqlar formalaşdı və bu, gələcək inkişaf üçün fundamental zəmin yaratdı.

İlk növbədə, regionda təhlükəsizliyin təmin olunması inkişaf imkanlarını genişləndirdi. Uzun illər davam edən qeyri-müəyyənlik və risklər aradan qalxdıqca, həm yerli, həm də xarici investorlar üçün daha əlverişli mühit formalaşmağa başladı. Təhlükəsizlik faktorunun güclənməsi iqtisadi aktivliyi artırdı, yeni layihələrin həyata keçirilməsinə şərait yaratdı və regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi.

Eyni zamanda, qlobal diqqətin Cənubi Qafqaza yönəlməsi də mühüm amillərdən biridir. Müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyət beynəlxalq aktorların regiona marağını artırdı. Bu maraq yalnız siyasi deyil, həm də iqtisadi xarakter daşıyır. Enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və yeni bazar imkanları baxımından Cənubi Qafqaz artıq daha önəmli mövqeyə sahibdir.

Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi (TRİPP) xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüs regionun nəqliyyat-logistika xəritəsini yenidən formalaşdırmaqla yanaşı, ticarət əlaqələrinin genişlənməsinə də təkan verir. Dəhliz vasitəsilə Şərq və Qərb arasında daha qısa və effektiv marşrutun yaranması həm regional, həm də qlobal iqtisadi proseslərə müsbət təsir göstərir. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir.

Nəticə etibarilə, Vətən müharibəsi illərlə uzanan münaqişənin ədalətli həllinə yol açmaqla yanaşı, regionda yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsinə çevrildi. Cənubi Qafqaz uzun illər davam edən durğunluqdan çıxararaq dinamik inkişaf yoluna yönəltdi.

Sülh və sabitlik: inkişafın əsas şərti...

Hər hansı bir regionun davamlı inkişafı üçün əsas şərt sabitlik və sülh mühitinin mövcudluğudur. Bu prinsip Cənubi Qafqaz üçün də istisna deyil. Uzun illər davam edən münaqişə şəraiti regionda iqtisadi əlaqələrin zəifləməsinə, qarşılıqlı etimadın itirilməsinə və əməkdaşlıq imkanlarının məhdudlaşmasına səbəb olmuşdu. Buna görə də, yeni mərhələdə ən vacib məsələ məhz sülhün bərqərar olmasıdır. Qonşu ölkələrin də bu reallığı qəbul etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki regional inkişaf yalnız bir ölkənin səyləri ilə mümkün deyil - bu, qarşılıqlı əməkdaşlıq və ortaq maraqlar əsasında formalaşır. Sülhün qorunması və möhkəmləndirilməsi bütün ölkələrin maraqlarına xidmət edir və uzunmüddətli inkişafın təmin olunması üçün zəruri şərtdir. Yeri gəlmişkən, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) Baş Assambleyasının sessiyasındakı çıxışında bildirib ki, Cənubi Qafqaz bir vaxtlar qeyri-sabit hesab edilən bölgə idi. İndi bu bölgə daha sabit və proqnozlaşdırıla bilən hala gəlir. Bu, təsadüf deyil, effektiv suverenliyin nəticəsidir. Onun sözlərinə görə, Gürcüstan, Ermənistan və Azərbaycan getdikcə öz milli maraqlarına uyğun hərəkət edirlər. Suverenliyə hörmət edildikdə sabitlik də güclənir. “Sülh heç vaxt təmin edilmir. Sülh bir məsuliyyətdir. Bu, ayıqlıq, təmkin və uzunmüddətli vizyon tələb edir. Gələcəyə doğru güclü institutlar, şəffaf sistemlər direktiv qanunlar texniki detallar deyil, sülhün təməlidir. Buna görə də birlikdə hərəkət etməliyik. Xarici müdaxiləni və hibrid müharibəni olduğu kimi - dövrümüzdə demokratiya və suverenliyə ən böyük təhdidlərdən biri kimi qəbul etməliyik və bəyannamələrdən kənara çıxmalıyıq”, - deyə Papuaşvili vurğulayıb.

Sabitlik regionun rifahının əsas dayağıdır. Cənubi Qafqazda da bu tendensiya artıq müşahidə olunmaqdadır. Region ölkələri arasında əməkdaşlıq imkanlarının genişlənməsi iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bu amil regionun beynəlxalq sistemdə daha fəal rol oynamasına və potensialını tam reallaşdırmasına imkan yaradır.

Yeni regional vizyon

Müasir mərhələdə Azərbaycanın Cənubi Qafqazın yenidən formalaşdırılmasında aparıcı rol oynaması bütün dünya tərəfindən qəbul olunur. Regionda yaranmış yeni reallıqlar fonunda Bakı yalnız öz milli maraqlarını deyil, eyni zamanda ümumi regional inkişafı da nəzərə alan siyasət yürüdür. Bu yanaşma həm siyasi, həm də iqtisadi sahədə özünü açıq şəkildə göstərir. Ötən ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar və sülh müqaviləsinin paraflanması region üçün yeni perspektivlər açıb. Bu proseslər tərəflər arasında etimadın bərpasına və münasibətlərin normallaşmasına xidmət edir. Diplomatik səylərin intensivləşməsi isə uzunmüddətli sabitliyin təmin olunmasına yönəlib. Azərbaycanın təşəbbüsləri regionda qarşılıqlı iqtisadi inteqrasiyanı da gücləndirir. Nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi, enerji əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin inkişafı bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni inkişaf modelinin formalaşmasına səbəb olur. Bu model qarşılıqlı fayda, əməkdaşlıq və davamlı inkişaf prinsiplərinə əsaslanır.

Regional sabitlik və təhlükəsizlik siyasəti...

Azərbaycan üçün hər zaman bir nömrəli məsələ regional sabitlik olub. İşğal dövründə belə Azərbaycan problemin sülh yolu ilə həllinə üstünlük verərək regional təhlükəsizliyin sülh yolu ilə təmininə üstünlük verib. Lakin qarşı tərəfin qeyri-konstruktiv mövqeyi bu səylərin nəticəsiz qalmasına səbəb olub - bu da Bakını öz yolundan döndərmədi. Vətən müharibəsi bu uzunmüddətli prosesin dönüş nöqtəsi oldu. Bu müharibə nəticəsində beynəlxalq hüququn prinsipləri bərpa edildi və regionda yeni reallıqlar formalaşdı. Əldə olunan nəticələr yalnız hərbi qələbə deyil, həm də siyasi və strateji uğur kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərəbaycan bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyur - Prezident İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumundakı çıxışında vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Bakı özünün konseptual inkişaf strategiyasını bu gün də davam etdirir. İnfrastruktur layihələrinin həyata keçirilməsi, azad edilmiş ərazilərin bərpası və iqtisadi inkişaf proqramlarının icrası bu siyasətin əsas komponentləridir. Bu addımlar regionun ümumi sabitliyinə və inkişafına xidmət edir. Beləliklə, Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik siyasəti yalnız milli maraqlara deyil, həm də regional sabitliyə yönəlib. Bu yanaşma Cənubi Qafqazın gələcəkdə daha təhlükəsiz və inkişaf etmiş regiona çevrilməsi üçün möhkəm zəmin yaradır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see617

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see319

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri