Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Cənubi Qafqazla Ərəb dünyası arasında yeni strateji platforma yaranır ŞƏRH

Cənubi Qafqazla Ərəb dünyası arasında yeni strateji platforma yaranır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq siyasətində son illərdə Ərəb dünyası ilə münasibətlərin inkişafı xüsusi prioritetlərdən biri kimi nəzərə çarpır. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Səfər təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də Cənubi Qafqaz ilə Ərəb dünyası arasında yeni strateji platformanın yaranması baxımından əhəmiyyət daşıyır. Azərbaycan və BƏƏ arasında münasibətlər son onillikdə sürətlə yüksəlişə keçib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya sahələrində əməkdaşlıq iki ölkə arasında bağlanan çoxsaylı sənədlərdə öz əksini tapır. Səfərin əsas gündəliyi də məhz bu əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi üzərində qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, BƏƏ regionun ən güclü iqtisadi və siyasi mərkəzlərindən biridir. BƏƏ-nin regional nüfuzu isə Azərbaycan üçün strateji tərəfdaşlıq imkanlarını artırır. Bu səfər Azərbaycan diplomatiyasının çoxşaxəli xarici siyasət kursunun bariz nümunəsidir. Çünki Bakı yalnız Qərb və digər siyasi mərkəzlərlə deyil, eyni zamanda, Ərəb coğrafiyası ilə də güclü əlaqələr qurmağa çalışır.

“Səfər zamanı tərəflər enerji əməkdaşlığını xüsusi olaraq gündəmə gətirdilər. Azərbaycanın neft-qaz sektoru və bərpaolunan enerji sahəsindəki potensialı BƏƏ-nin investisiya imkanları ilə birləşdirilir. Artıq Azərbaycanda Günəş və külək enerjisi layihələrinin bir çoxu məhz BƏƏ şirkətləri tərəfindən həyata keçirilir. Bu, Azərbaycanın enerji siyasətinin şaxələndirilməsinə, eyni zamanda, Ərəb sərmayələrinin Cənubi Qafqaza yönləndirilməsinə xidmət edir.

Həmçinin BƏƏ Azərbaycanın qeyri-neft iqtisadiyyatına da maraq göstərir. Xüsusən kənd təsərrüfatı, logistika və turizm sahəsində yeni layihələr müzakirə mövzusu olub. Azərbaycanın coğrafi mövqeyi BƏƏ üçün mühüm tranzit və ixrac bazarı rolunu oynaya bilər. Burada əsasən Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat arteriyaları ön plana çıxır. Bu infrastruktur layihələri ərəb kapitalının Avrasiya məkanına çıxışında əsas körpü rolunu oynaya bilər. Səfər bu baxımdan Azərbaycanı regional logistikanın mühüm həlqəsinə çevirir.

Siyasi müstəvidə də əməkdaşlıq diqqət çəkir. Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən ölkələrdir. Xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın Qarabağla bağlı mövqeləri daim dəstək tapıb. BƏƏ də Azərbaycanın ərazi bütövlüyünü tanıyan və açıq şəkildə dəstəkləyən Ərəb ölkələrindən biridir. Bu mövqenin davamlı olması iki ölkə arasındakı siyasi güvən mühitini daha da möhkəmləndirir. Eyni zamanda, Ermənistanla sülh prosesində Azərbaycanın haqlı mövqeyinin Ərəb dünyasında müdafiə olunması mühüm əhəmiyyət daşıyır. BƏƏ ilə əməkdaşlıq bu dəstəyi daha da gücləndirir. Bu, Azərbaycan üçün diplomatik cəbhədə əlavə üstünlüklər yaradır. Eyni zamanda, Ərəb ölkələrinin regionda sülh və sabitlik təşəbbüslərinə qoşulması perspektivlərini də genişləndirir. Azərbaycanın balanslaşdırılmış siyasəti məhz bu tərəfdaşlığı mümkün edir”, - deyə T.İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, mədəni-humanitar əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Azərbaycan və BƏƏ arasında turizm mübadiləsi son illərdə xeyli artıb. Azərbaycanın zəngin tarixi və təbiəti BƏƏ vətəndaşları üçün cəlbedici məkan kimi tanınır. Eyni zamanda, ərəb investorları ölkəmizdə turizm obyektlərinin inşasına maraq göstərirlər. Mədəniyyət sahəsində birgə tədbirlər, incəsənət layihələri və sərgilər iki xalq arasında yaxınlaşmanı gücləndirir.

Təhsil əməkdaşlığı da mühüm sahələrdən biridir. Artıq azərbaycanlı tələbələrin BƏƏ-də təhsil alması, eyni zamanda, ərəb tələbələrinin Azərbaycana gəlməsi üçün yeni imkanlar yaradılır. Bu humanitar əlaqələr uzunmüddətli strateji tərəfdaşlığın sosial bazasını möhkəmləndirir. İki ölkə liderlərinin siyasi iradəsi bütün bu layihələrin reallaşmasına zəmin yaradır. Bakı və Əbu-Dabi münasibətlərini, sadəcə, diplomatik çərçivədə deyil, xalqlar arasında körpü kimi inkişaf etdirməyə çalışır. Ərəb ölkələri ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın ümumi xarici siyasət kursunun mühüm istiqamətidir. Çünki Ərəb dövlətləri həm siyasi, həm iqtisadi, həm də dini-mədəni baxımdan böyük bir coğrafiyanı əhatə edir. Azərbaycanın bu coğrafiyada fəal iştirakı onun İslam dünyasındakı mövqelərini gücləndirir. BƏƏ-nin Prezidentinin səfəri də məhz bu kursun davamlılığının göstəricisidir. Bu səfər nəticəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Nəticə etibarilə, Azərbaycan və BƏƏ münasibətləri gələcəkdə daha yüksək zirvələrə doğru inkişaf edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri