Icma.az
close
up
RU
Azərbaycan Macarıstan münasibətləri Cənubi Qafqazla Mərkəzi Avropa arasında strateji əməkdaşlıq nümunəsi kimi göstərilə bilər ŞƏRH

Azərbaycan Macarıstan münasibətləri Cənubi Qafqazla Mərkəzi Avropa arasında strateji əməkdaşlıq nümunəsi kimi göstərilə bilər ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan-Macarıstan münasibətləri son illərdə xüsusilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 1992-ci ildə diplomatik münasibətlərin ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni mübadilə davamlı şəkildə genişlənərək mühüm inkişaf mərhələlərindən keçib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Macarıstan Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biri olduğunu vurğulayan politoloq deyib: "Xüsusilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət və açıq dəstəyin verilməsi qarşılıqlı etimadı formalaşdıran ən önəmli amillərdən biridir. Onu da qeyd etmək lazımdır ki, Macarıstanın bu qətiyyətli mövqeyi 44 günlük Vətən müharibəsindən sonra da açıq şəkildə ifadə edilib. Ona görə də siyasi münasibətlər kifayət qədər möhkəm əsaslara malikdir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev və Baş nazir Viktor Orban arasında mütəmadi təmaslar ikitərəfli əlaqələrin əsas lokomotivi rolunu oynayır".

A.Qurbanova qeyd edib ki, 2023-cü ildə Budapeştdə imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi çərçivəsini daha da möhkəmləndirib. İki dövlət arasında bir çox strateji istiqamətlər üzrə əməkdaşlıq imkanları yüksək səviyyədə dəyərləndirilir. Enerji sahəsində əməkdaşlıq isə prioritet istiqamətlərdən biridir. Azərbaycanın təbii qazı artıq Macarıstana ixrac olunmağa başlayıb və bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə hesab oluna bilər. Azərbaycan öz qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırmaqla yanaşı, yaşıl enerji sahəsində də Macarıstanla əməkdaşlıq imkanlarını dəyərləndirir. Xəzər dənizində qurulacaq külək elektrik stansiyaları və yaşıl enerji dəhlizləri bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərdə ticarət əlaqələri də kifayət qədər müsbət dinamikaya malikdir. "Hər iki ölkə arasında iqtisadi komissiyalar fəaliyyət göstərir, eləcə də biznes-forumlar keçirilir. Macar şirkətləri Azərbaycanda kənd təsərrüfatı, sənaye, əczaçılıq və tikinti sahələrinə yüksək maraq göstərirlər. Eyni zamanda, Azərbaycan məhsulları üçün də Macarıstan Mərkəzi Avropa bazarına çıxış hesab oluna bilər.

İki ölkəni yaxınlaşdıran ən əsas amillərdən biri isə ortaq tarixi və mədəni köklərdir. Həm azərbaycanlılar, həm də macarlar Türk dünyasına mənsub xalqlar olaraq ortaq etnik və tarixi köklərə malikdir. Təbii ki, bu amil münasibətlərin rəsmi çərçivəsindən kənarda xalqlar arasında da dostluq və qardaşlıq münasibətlərinin əsası formalaşdırır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-Macarıstan münasibətlərinin mövcud potensialının bir çox strateji sahələr üzrə əməkdaşlıq imkanlarını özündə ehtiva etdiyini aydın şəkildə ifadə etmək mümkündür. Eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları çox genişdir”, - deyə A. Qurbanova vurğulayıb.

O əlavə edib ki, qarşılıqlı etimadın və ikitərəfli münasibətlərin önəmini ifadə edən ən vacib amillərdən biri də mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Urban arasında güclü dostluq əlaqələrinin olması heç şübhəsiz ki, bu səfərlərin intensivliyini və ikitərəfli münasibətlərdəki müsbət dinamikanı təşviq edən önəmli təsir gücünü ifadə edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Budapeşt səfərinin Azərbaycan-Macarıstan əlaqələrinin yeni və daha geniş və əhatəli bir formata keçməsinə təkan verəcək xarakterə sahib olması mütləq şəkildə qeyd edilməlidir. Belə ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər hər iki ölkənin maraqları əsasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bir daha göstərmiş oldu. Nəticə etibarilə, Azərbaycan–Macarıstan münasibətləri bu gün yalnız ikitərəfli kontekstdə deyil, həm də regional və qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan–Macarıstan münasibətləri Cənubi Qafqazla Mərkəzi Avropa arasında strateji əməkdaşlıq nümunəsi kimi göstərilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri