Icma.az
close
up
RU
Sənədlərin paraflanması və çərçivə sazişi nə deməkdir?

Sənədlərin paraflanması və çərçivə sazişi nə deməkdir?

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 8-də Ağ Evdə Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüş baş tutacaq. Görüşdə sülh müqaviləsinin imzalanması çərçivəsində sənədlərin paraflanması gözlənilir. Bəs paraflanma və çərçivə sazişi dedikdə nə nəzərdə tutulur?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, sülh çərçivə sazişi və sənədlərin paraflanması beynəlxalq diplomatiyada çox mühüm mərhələlərdir. Paraflanma hər bir səhifədə olan maddələrin altından imzalarla təsdiq olunmadır. 

“Paraflanma və sülh sazişi çərçivəsi beynəlxalq hüquqda və diplomatik müzakirələrdə mühüm anlayışlardır. Bu iki termin, bir razılaşmanın hüquqi statusunu, qüvvəyə minmə prosesini və tərəflərin öz öhdəliklərini necə yerinə yetirəcəklərini izah edir. Hər iki anlayışın məqsədi, tərəflər arasında qarşılıqlı razılaşmanın əldə edilməsi və həyata keçirilməsi üçün bir yol xəritəsi yaratmaqdır.

Paraflanma bir beynəlxalq müqavilə və ya razılaşmanın ilkin mərhələsidir. Bu mərhələdə tərəflər arasındakı sazişin mətni razılaşdırılmış olur, lakin hələ rəsmi olaraq imzalanmayıb. Paraflanma diplomatik nümayəndələrin sazişin mətnini təsdiq etməsi prosesidir. Paraflanan sənədin hüquqi qüvvəyə minməsi üçün hər iki tərəfin tam imzalaması tələb olunur”.

Paraflanmanın məqsədi və hüquqi effekti nədən ibarətdir?

Komitə sədri qeyd etdi ki, paraflanmanın məqsədi sazişin rəsmi təsdiqinə hazırlıq, hüquqi nəzərdə tutulmuş məsələlərin üzərində razılaşmadır. Paraflanmış sənəd bir növ “ön razılaşma” hesab edilir.

Paraflanmanın hüquqi effekti isə ondan ibarətdir ki, paraflanma müqavilənin tam imzalanması üçün yalnız hazırlıq işləri aparır, ona görə də hüquqi qüvvəyə malik deyil. Hər iki tərəf parafladığı sənədi sonradan imzalamaq üçün tam təsdiqləməlidir.

Bir çox müharibə və münaqişə vəziyyətində sülh sazişləri çərçivəsi birinci mərhələdə təqdim olunur və sonra tərtib olunmuş sənədin paraflanması ilə imzalanmağa gedir. Məsələn, Azərbaycanla Ermənistan müharibəsinin bitməsi üçün ilkin mərhələdə bir çərçivə sazişi bağlana bilər, daha sonra bu çərçivə üzrə danışıqlar davam edər və razılaşma imzalanar.

Yəni, paraflanma bir sənədin ilkin təsdiqi olaraq görülə bilər, sülh sazişi çərçivəsi isə münaqişənin və ya müharibənin rəsmi olaraq sona çatdırılması məqsədilə razılaşdırılmış prinsipləri əks etdirir.

Arzu Nağıyev vurğuladı ki, uğurlu diplomatik danışıqlar nəticəsində paraflanmış və imzalanmış sülh sazişləri, qarşı tərəflər arasında uzunmüddətli sülh və stabilliyi təmin etmək üçün çox vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 Avqust 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see266

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see238

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see215

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see191

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri