Icma.az
close
up
RU
Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın TƏKLİF

Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın TƏKLİF

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.

Bəs bal sismeti tamamilə ləğv oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bal sistemini ləğv etmək olmaz:

"Bilirsiniz, məsələ ondadır ki, bəzi insanların maddi imkanı yaxşıdır və onlar üçün cərimə ödəmək ciddi problem yaratmır. Əgər cərimə balı sistemi olmasa, belə şəxslər üçün faktiki olaraq heç bir məhdudiyyət qalmayacaq. Onlar qaydanı pozacaq, cəriməni ödəyəcək və yollarına davam edəcəklər. Məhz buna görə cərimə balı sistemi tətbiq olunur ki, maddi imkanı yüksək olan və cərimələri rahatlıqla ödəyə bilən sürücülər də əlavə məsuliyyət daşısınlar və onlara müəyyən məhdudiyyətlər tətbiq etmək mümkün olsun. Bu baxımdan hesab edirəm ki, bal sistemi ləğv edilməməlidir. Amma bal həddinin artırılması məsələsinə baxmaq olar. Bildiyiniz kimi, əvvəllər limit 10 bal idi, sonradan 20 bala qaldırıldı. Məncə, bu həddin 30 və ya 40 bala çatdırılması daha məqsədəuyğun olardı. Çünki son dövrlərdə bəzi inzibati xətalara görə cərimə balları da tətbiq edilməyə başlanıb. Bu isə sürücülər üçün əlavə çətinliklər yaradır. Düzdür, cərimə və ya protokol qayda pozuntusuna görə tətbiq olunur, heç kim səbəbsiz yerə cərimələnmir. Lakin bəzi hallarda insanlar bilməyərəkdən və ya diqqətsizlik nəticəsində qayda pozuntusuna yol verirlər".

Onun sözlərinə görə, xüsusilə son illərdə avtobus zolaqları ilə bağlı qaydalar və cərimə balları nəzərdə tutan digər inzibati tədbirlər tətbiq olunur.

Nəticədə sürücülərin topladığı balların sayı sürətlə artır. Bal limiti 20-ni keçdikdə isə sürücülük vəsiqəsinə məhdudiyyət qoyulur. Bu isə bir çox hallarda insanların iş fəaliyyətinə, peşəsinə və ümumilikdə həyat tərzinə ciddi mənfi təsir göstərir. Buna görə də təklif edirik ki, cərimə balının yuxarı həddi təxminən 30 və ya 40 bala qədər artırılsın. Hesab edirəm ki, bu, həm yol hərəkəti təhlükəsizliyinin qorunmasına xidmət edər, həm də sürücülərin üzləşdiyi bəzi problemlərin azalmasına kömək göstərər", - deyə Y.Mustafayev bildirdi.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri