Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Yeni qanunla dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydası dəyişib.
Belə ki, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınıb.
Dəyişiklikdən öncə sanksiyasında cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, yeni qanuna görə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilib. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilib.
Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilib.
Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 May 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















