Cərimədən yayınmaq istəyən sürücü maşını səkidə park edib hərəkəti ikiqat çətinləşdirdi FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Xoşagəlməz halla bağlı izləyicilərdən Avtosfer.az-ın “Facebook” ünvanına fotoşəkillər göndərib. Belə ki, 10-XX-600 dövlət nömrə nişanlı “Lixiang” markalı avtomobilin sürücüsü piyada səkisini zəbt edib. Nəticədə piyadalar ərazidən keçərkən çətinlik çəkiblər. Eyni zamanda o, nəqliyyat vasitəsini binanın girişində saxlayaraq hərəkəti məhdudlaşdırıb. Şikayətçinin sözlərinə görə, sürücü ikinci cərgədə dayanmamaq üçün maşını səkidə park edərək ərazidən uzaqlaşıb.
Xatırladaq ki, nəqliyyat vasitəsini səkidə park etmək İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, 2 bal və 60 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















