Icma.az
close
up
RU
Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir

Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Metsamor AES-in fəsadı Çernobıldan da fərqli ola bilər

Bakı, 23 aprel, AZƏRTAC

Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında 8 mindən çox azərbaycanlı iştirak edib. 1990-cı ilə qədər qəzanın nəticələri məxfi saxlanıldığından 4 il ərzində həmin insanların səhhətində yaranan ciddi problemlər gözardı edilirdi. Belə ki, səhhətlərində yaranan problemlərlə əlaqədar aidiyyəti üzrə müraciət edən zaman isə onların sağlam olduqları haqqında konkret rəylər verilmişdi. Ancaq 1990-cı ildə onların öz hüquqlarının müdafiəsi üçün küçələrə axışması nəticəsində qərarlar qəbul olundu. 1993-cü ilə qədər Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edənlərə hər il bir il müddətinə əlillik dərəcələri verilirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinə olan münasibət kökündən dəyişib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Həmin ildən etibarən “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri dövlətin sosial sahədə həyata keçirdiyi heç bir proqramdan kənarda qalmayıb, onlar ömürlük əlillik dərəcəsi alıblar. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edildi. Bu Qanunun qəbulu ilə Çernobıl əlillərinin ən böyük problemi həll olundu. Çernobılçılara ömürlük əlillik dərəcəsinin müəyyənləşdirilməsi qanunda konkret olaraq əksini tapdı. O vaxtdan etibarən Çernobılçıların 99 faizi əlillik dərəcəsi ilə təmin olunub. Hazırda Çernobıl əlillərinin sayı 3 min 800 nəfərdir.

Bunu AZƏRTAC-a müsahibəsində “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, Çernobıl əlillərinin problemləri özləri ilə yekunlaşmayıb, onların sonradan dünyaya gələn övladları da həmin dəhşətli faciənin əzablarını daşımağa düçar olublar: “Xeyli sayda uşaqlar tələf oldu, yaşayanların əksəriyyətinin isə müxtəlif dərəcəli əlillik dərəcələri var. Konkret olaraq ciddi xəstəliklərdən əziyyət çəkib bəlli bir yaşlarda dünyasını dəyişənlər də oldu. Bu, böyük bir faciədir. Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir. Hər il olduğu kimi hadisənin 39-cu ildönümü ərəfəsində də haqq səsimizi qaldırmaq üçün toplaşdıq. Hazırda region üçün ən vacib problem Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasıdır. Biz hər zaman həmin AES-in bağlanması məsələsini qaldırmışıq. Onun istismarı dayandırılmalıdır. 1976-cı ildə istifadəyə verilən həmin stansiya bu günə qədər ciddi təhlükə mənbəyi kimi fəaliyyət göstərir. Beynəlxalq təşkilatlar buna göz yumur. Xüsusilə atom enerjisi üzrə beynəlxalq təşkilatın apardığı araşdırmalar nəticəsində məlum olub ki, dünyada ən təhlükəli AES-dir. Bu gün region dövlətləri, eyni zamanda, bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan Metsamor AES fəaliyyət göstərirsə, bu, böyük dövlətlərin özünü görməzlikdən gəlməsinin nəticəsidir. Bizim haqq səsimizi qaldırmağımız tam əsaslıdır. Çünki onun fəsadları Çernobıldan da fərqli ola bilər.

Vaxtilə keçmiş SSRİ dövlətlərindən 600 mindən çox insan qəzanın ləğvi işlərinə cəlb olunub. Onlardan çoxu qan xəstəliklərindən, bədxassəli şişlərdən dünyasını dəyişib, Region dövlətləri üçün ən böyük faciə Metsamor AES-in partlaması nəticəsində ola bilər. Çünki həmin stansiyanın istismar müddət başa çatır, seysmik zonada yerləşir. 1988-ci ildə Spitakda baş verən zəlzələdən sonra həmin stansiyanın fəaliyyəti dayandırıldı 1995-ci ildə isə yenidən istifadəyə verildi. 2026-cı ildə isə onun istismar müddətinin 5 il, növbəti illərdə isə 10 il müddətinə uzadılması planlaşdırılır. Bu da böyük bir fəlakətə səbəb olacaq məsələdir. Biz yenə də beynəlxalq təşkilatlara səslənirik ki, Metsamor AES-in fəaliyyəti dayandırılmalıdır. Çernobıl faciəsinin qurbanları öz yaşadıqlarını beynəlxalq aləmə çatdırırlar ki, növbəti böyük faciənin qarşısı alınsın”.

İctimai Birliyin sədri Çernobıl qəzasının ləğvində iştirak etmiş vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində müvafiq addımlar atılmasında Azərbaycanın keçmiş SSRİ respublikaları arasında birinci yerdə olduğunu qeyd edib: “Ulu Öndər tərəfindən əsası qoyulan həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə son dörd il ərzində 448 Çernobıl əlili mənzillə təmin olunub. Dövlətimiz tərəfindən onların pensiya təminatı, Prezident təqaüdünün təyini aparılıb, digər sosial hüquqlarının qorunması istiqamətində çox vacib addımlar atılıb və bu gün də davam etdirilir.

Onu da qeyd etməliyəm ki, Çernobıl əlilləri və onların övladları Birinci və İkinci Qarabağ müharibələrində aktiv iştirak ediblər. Hətta onlar arasında şəhidlik zirvəsinə ucalanlar da var. Fəxr edirik ki, ərazi bütövlüyümüzün bərpa olunmasında bizim də rolumuz olub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri