Icma.az
close
up
RU
Cərrah: Tibb təhsili olmayan bir insan necə ola bilər ki, insan orqanizminə iti alətlə müdaxilə etsin?

Cərrah: Tibb təhsili olmayan bir insan necə ola bilər ki, insan orqanizminə iti alətlə müdaxilə etsin?

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisdə qaldırılan məsələlərdən biri diplomsuz diplomsuz işləyən estetik cərrahlardır. Bu cərrahlar insanları "gözəlləşdirmək" adı ilə məhv edir.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə dostoru, estetik cərrah "Operativ Media"ya açıqlama verib. O bildiirb ki, adını estetik cərrah qoyan, heç bir tibbi təhsili olmayan, kollec bitirən və ya kosmetologiya kursu keçmiş bir şəxs insan üzərində əməliyyat apararması düzgün deyil:

"Dünyada yeganə şəxslər cərrahlardır ki, onlara prokurorluq tərəfindən iti alətlə insan orqanizminə müdaxilə etməyə icazə verilir.
İkinci bir şəxsə bu hüquq verilmir. Tibb təhsili olmayan bir insan necə ola bilər ki, insan orqanizminə iti alətlə müdaxilə etsin? Əgər ixtisasca cərrahdırsa, burada problem yoxdur. Bu adam cərrahdır, əməliyyat etməyə ixtiyarı var və əməliyyat edir"

Cərrah sosial şəbəkələrdə reklam edilən ucuz estetik əməliyyatlardan danışıb. O, vətəndaşlara belə elanlara aldanmamağı tövsiyyə edib:

"Dünyanın heç bir ölkəsində estetik və plastik əməliyyatlar sığorta tərəfindən qarşılanmır. Və bu əməliyyatlar heç bir ölkədə ucuz qiymətə deyil. Bu gün çox ucuz kosmetologiya prosedurlarının reklamlarını görürük. Bu prosedurlar həkimlər üçün yaxşı qazanc mənbəyidir. Məsələn, dolğu və gel tətbiqləri kosmetoloqlara kiçik bir məbləğ, məsələn, 20-30 manat əlavə qazanc gətirə bilər. Lakin bu gün bəzən çox ucuz estetik əməliyyatlar edən şəxslərlə qarşılaşırıq və onların reklamlarını görürük. Həmin "cərrahlar" bu işi sadəcə başqalarının əlindən baxaraq "öyrəniblər". Bu qazanc mənbəyi kimi sayılsa da, qəti şəkildə düzgün deyil. Ona görə də, bəzi estetik əməliyyatlar ucuz olur. Bir daha qeyd edim ki, dünyanın heç bir ölkəsində estetik əməliyyatlar ucuz qiymətə deyil. Vətəndaşlara məsləhətimiz odur ki, estetik cərrah kimi müraciət etdikləri şəxsin təhsilinə və keçmişinə diqqət etsinlər. Tibb universitetini bitirib-bitirmədiyinə, ixtisasca cərrah olub-olmamasına cavab tapdıqdan sonra həmin şəxsin qəbuluna gedin".

Həkim son olaraq kosmetoloqlara nəzarətin daha gücləndirilməli olduğunu vurğulayıb:

"Plastik cərrahiyyə "cərrahiyyə"nin bir qoludur. Yəni ümumi cərrah olan şəxs, hansısa əməliyyatı etmək ixtiyarına malikdir. Məsələn, bir ümumi cərrah gecə növbəsində qalır. Bu zaman xəstəxanaya ürək yaralanması ilə xəstə müraciət edirsə, əlbəttə ki, həmin cərrah ilkin yardım göstərəcək. Lakin bu, o demək deyil ki, ümumi cərrah kardiocərrahdır. Sadəcə olaraq, ilk olaraq həmin proseduru o icra edir.

Akademik Mustafa Topçubaşov vaxtı ilə həm abdominal cərrahiyani, həm dəri köçürməni, həm torakal cərrahiyanı, həm də beyin əməliyyatlarını icra edirdi. Bu, o demək deyil ki, ümumi cərraha bu ixtiyar verilmir. Bu ixtiyarlar kosmetoloqa verilmir. Əsasən, bu sahənin üzərində dayanmaq lazımdır. Bu sahəni işıqlandırmaq vacibdir. Estetik cərrahiyyə, plastik cərrahiyyənin bir qoludur və eyni zamanda, plastik cərrahiyyə ümumi cərrahiyyənin bir qoludur. Bu gün Azərbaycanda plastik cərrahiyyə sahəsində çalışan həkimlərin 99 faizi ümumi cərrahiyyə üzrə ixtisaslaşanlardır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 27 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri