Tibb təhsili olmayan Nihad Aslanovla bağlı Rəsmi açıqlama
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”ndən bildirilib.
Məlumata görə, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.
Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















