Icma.az
close
up
RU
Cərrahiyyənin filosofu və bəstəkarı

Cərrahiyyənin filosofu və bəstəkarı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Akademik Mustafa Topçubaşov – 130

Görkəmli şəxsiyyətlər gözəl nitqləri ilə deyil, şəxsi əməyi və onun nəticələri sayəsində formalaşırlar.

Albert Eynşteyn

Hər bir tarixi dövr özünəməxsus, təkrarolunmaz ənənələri ilə elmin inkişafında, aparıcı elmi məktəblərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və eyni zamanda cəmiyyətdə ictimai fikrin formalaşmasında göstərdiyi çoxsahəli məhsuldar fəaliyyəti ilə ümummilli şöhrət qazanmış mütərəqqi ideya tərənnümçüləri ilə yaddaşlarda qalır. Bu qəbildən olan insanlara milli cərrahiyyəmizin “patriarxı” hesab edilən və təbabətin digər sahələrinin inkişafında müstəsna rolu olmuş dünya şöhrətli alim – akademik Mustafa Topçubaşovu aid etmək olar.

Prezident İlham Əliyevin 10 iyun 2025-ci il tarixlu sərəncamı ilə akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyi ölkə səviyyəsində qeyd edilir. Görkəmli pedaqoq, fəal səhiyyə təşkilatçısı, milli elmi cərrahiyyə məktəbinin yaradılmasında və yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş Əməkdar elm xadimi, müxtəlif vaxtlarda Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuş, Stalin (1943) və SSRİ Dövlət mükafatları laureatı, SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, professor Mustafa Ağabəy oğlu Topçubaşov 5 avqust 1895-ci ildə İrəvan qəzasının Göygümbət kəndində anadan olmuşdur. İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Universitetinin tibb fakültəsində oxumuşdur. Naxçıvan və Bakı xəstəxanalarında cərrah, sonrakı 10 il ərzində Bakı Dövlət Universitetinin fakültə cərrahiyyəsi klinikasında ordinator və assistent vəzifələrində işləmişdir.

Düz 95 il əvvəl – 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra M.Topçubaşova professor elmi adı verilmiş və o, Azərbaycan Tibb İnstitutunun fakültə cərrahiyyəsi kafedrasının müdiri seçilmişdir. Ömrünün sonuna qədər həmin kafedraya uğurla rəhbərlik etmişdir.

1937-ci ildə M.Topçubaşov dünya anesteziologiyası tarixində analoqu olmayan orijinal keyləşdirmə-inyeksion efir yağ narkozu üsulunu işləyib hazırlamışdır. Sonralar bu ağrısızlaşdırma qarışığı “Analgezin” adı ilə populyarlıq qazanmışdır. Bu üsul narkozun orqanizmin özünütənzim reaksiyasının təzahür etməməsi ilə səciyyələnərək, əvvəllər anesteziologiyaya məlum olmayan bəzi psixonevroloji və neyrofizioloji mexanizmləri aşkar etməyə imkan vermişdir. Ümumi anesteziyanın orqanizmə mənfi təsirindən fərqli olaraq (dərin yuxu, anestetiklərin toksiki təsiri, oyanma dövrü və s.) zərərsizliyi və tətbiqinin texniki sadəliyi ilə əlaqədar “Efir-yağ qarışıqlı keyləşdirmə” üsulu ağrı və qıcolma sindromları ilə müşayiət olunan bəzi xəstəliklərin (öddaşı xəstəliyi, travmatik şok, doğuş prosesi, tetanus və s.) effektli ağrısızlaşdırma vasitəsi kimi istifadə olunmuşdur. Huşun saxlanması ilə müşayiət olunan analgeziya zamanı xəstədə psixo-motor oyanma baş vermir. Bu fazadan sonrakı amneziya dövründə keçirilmiş əməliyyat və onunla əlaqədar hallar yadda qalmasa da, xəstədə ciddi yaddaş pozğunluğu baş vermir. Uzadılmış təsir effektinə malik analgeziya üsulu 1938-ci ildə klinik təcrübədə tətbiq olunmağa başlamışdır. Məşhur Amerika anestezioloqu, “Efir analgeziyasının” müəllifi C.Artuzio M.Topçubaşovun kəşfini çox yüksək qiymətləndirmişdir. Böyük Vətən müharibəsi illərində yaralı döyüşçülərin müalicəsində efir-yağ analgeziyası geniş istifadə olunmuşdur.

Tibb elminin inkişafındakı müstəsna xidmətlərinə, o cümlədən efir-yağ inyeksion anesteziya üsulunun kəşfinə görə 1964-cü ildə SSRİ Elmlər Akademiyasının A.V.Vişnevski adına Ümumittifaq Cərrahiyyə İnstitutunun Elmi Şurasının qərarı ilə M.A.Topçubaşov A.V.Vişnevski adına mükafata layiq görülmüş və xatirə medalı ilə təltif edilmişdur.

1978-ci ildə İsveç akademiyası akademik M.Topçubaşovun və professor Q.Qəhrəmanovun “Uzunmüddətli analgeziya – təbabətin və fiziologiyanın problemidir” mövzusunda elmi işini Nobel mükafatına təqdim etmişdir. Təəssüf ki, qapalı sovet sisteminə xas olan “siyasi motivlərlə” əlaqədar nominasiyaya irəli çəkilmiş azərbaycanlı alimlərin namizədliyi geri götürülmüşdür (yeri gəlmişkən, həmin il fiziologiya və təbabət üzrə heç kim Nobel mükafatına təqdim olunmamışdır). Lakin Vətən alimlərinin namizədliyinin irəli sürülməsi faktı M. Topçubaşovun kəşfinin təbabətin inkişafındakı rolunu bir daha təsdiq edir.

İkinci Dünya müharibəsində qələbənin qazanılmasında M.Topçubaşovun xüsusi xidmətləri olmuşdur. Bu, ilk növbədə müharibə dövründə onun yüksək təşkilatçılıq bacarığının təzahürü ilə sübut olunmuşdur. Akademikin təşəbbüsü ilə hospitallarda tibb xidmətinin profilləşdirilməsi məqsədilə yaralıların və xəstələrin müalicəsinin fərqləndirici prinsiplərinə əsaslanan vahid sistem yaradılmışdır və bu sistem Təxliyə hospitalları idarəsi tərəfindən bəyənilmişdir. Müharibə illərində M.Topçubaşovun ixtira etdiyi “Yad cisimlərin xaric edilməsi üçün aparat” onun məhsuldar fəaliyyətinin digər nümunəsidir. Bu aparat nəinki müharibə dövründə yaralılarda yad cisimlərin lokalizasiyasının dəqiqləşdirilməsində və xaric olunmasında geniş imkanlar açmış, həmçinin sülh dövründə klinik təcrübədə uğurla istifadə olunmuşdur. Akademik M.Topçubaşov bu ixtiraya görə 1943-cü ildə Stalin mükafatına layiq görülmüşdür. O, dünyada ilk dəfə müharibə şəraitində massiv qanaxmalar zamanı dəniz suyunu effektli qanəvəzedici kimi istifadə etmişdir.

Müharibədən sonra (1945–1950) professor M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. O, geniş diapazona malik cərrah idi. Plevra, qarın və kəllə boşluqlarında ən mürəkkəb əməliyyatları yüksək ustalıqla icra etmək bacarığına malik idi. 62 illik cərrahlıq fəaliyyəti ərzində akademik M.Topçubaşov 100 mindən çox müxtəlif həcmli əməliyyat icra etmişdir. Respublikamızda cərrahi qastroenterologiyanın, hepatopankreatobiliar cərrahiyyənin, urologiyanın, travmatologiyanın, neyrocərrahiyyənin inkişafında və bərpa cərrahiyyəsində M.Topçubaşovun müstəsna rolu olmuşdur. Periferik sinirlərin odlu silah zədələnmələrinin müalicəsi və diafraqmaaltı sahədə yerləşən orqanlar üzərində əməliyyat məqsədilə akademik səmərəli üsullar təklif etmişdir.

Mustafa Topçubaşov 300-dən çox elmi işin müəllifi və həmmüəllifidir. Onun klinik cərrahiyyənin müxtəlif sahələrinə həsr olunmuş 8 monoqrafiyası torakal, abdominal cərrahiyyənin, travmatologiyanın, rekonstruktiv bərpa cərrahiyyəsinin konseptual aspektlərinə həsr edilmişdir. 5 cildlik “Xüsusi cərrahlıq” dərsliyi isə tibb institutunun tələbələri və cərrahlar üçün ən faydalı elmi-praktik vəsait olmuşdur.

Tədris prosesinin əyaniliyini yüksəltmək məqsədilə 1954-cü ildə akademik M.Topçubaşov klinikada əməliyyat auditoriyası təşkil etmişdir. Bu auditoriya tələbələrin əməliyyat otağına daxil olmadan, bilavasitə otağın üstündə gümbəz formasında yaradılmış və divarları yalnız şüşədən ibarət olan auditoriyadan əməliyyatın müşahidəsini təmin edirdi.

Akademik M.Topçubaşovun rəhbərliyi və iştirakı ilə 12 doktorluq və 80 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda onun tələbələri nəinki respublikamızda, həmçinin ölkəmizdən kənarda yüksək ixtisaslı cərrah kimi fəaliyyət göstərərək, öz müəlliminin etimadını layiqincə doğruldurlar.

Çoxsahəli və məhsuldar praktik, elmi-pedaqoji və ictimai fəaliyyətinə görə akademik M.Topçubaşov “Qızıl Ulduz,” “Şərəf nişanı”, “Oktyabr inqilabı”, Bolqarıstanın III dərəcəli “Kirill və Mefodiy”, 4 dəfə Lenin və Qırmızı Əmək Bayrağı ordenləri ilə, “Qafqazın müdafiəsi uğrunda”, “Almaniya üzərində qələbə uğrunda” , “1941–1945-ci illər Böyük Vətən Müharibəsində şanlı əmək uğrunda” medalı ilə, “Ümumdünya Sülh Şurası” gümüş medalları ilə, “A.V.Vişnevski adına xatirə medalı” ilə, “SSRİ-nin Sanitar müdafiəsi əlaçısı” döş nişanı ilə təltif edilmişdir. O, Beynəlxalq Cərrahlar Akademiyasının üzvü və Bolqarıstan Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.

Mustafa Topçubaşov respublika akademiyasının yaradılmasında mühüm rol oynamış və onun ilk üzvlərindən biri olmuşdur. Uzun müddət Azərbaycanda Dünya Müdafiə Komitəsinin sədri, Asiya, Afrika, Latın Amerikası Ölkələri ilə Dostluq Komitəsinin üzvü olmuş M.A.Topçubaşov bu sahədə məhsuldar fəaliyytətinə görə 1959-cü ildə Dünya Sülh Şurasının gümüş medalı ilə təltif edilmişdir.

Akademik M.Topçubaşovun təşəbbüsü və geniş təşkilatçılığı sayəsində 1946-cı ildə “Naftalan Elmi-Tədqiqat Problem Laboratoriyası” və “Elmi-Tədqiqat Eksperimental və Klinik Təbabət İnstitutu” (hazırda akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) təşkil edilmişdir. Bakı şəhərinin küçələrindən biri və Respublika Elmi Cərrahiyyə Mərkəzi onun adını daşıyır. 1995-ci ildə M.A.Topçubaşova həsr olunmuş poçt markası buraxılmışdır. Xəzər dənizinin sərnişin gəmilərindən biri onun adı ilə üzərək dalğalara sinə gərir.

MustafaTopçubaşovun müsiqiyə xüsusi marağı onu dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost etmişdir. Üzeyir bəy onu “təbabətin filosofu və bəstəkarı” adlandırmışdır. Dünya şöhrətli alimin zəngin həyat salnaməsi görkəmli yunan filosofu və eruditi Aristotelin sitatını söyləməyə əsas verir: “Təfəkkür insanın ən fədakar fəaliyyəti olub xoşbəxtlik və həyat sevincindən yüksəkdir”.

Kinorejissor, Xalq artisti Yalçın Əfəndiyev 2011-ci ildə “Mustafa Topçubaşov. Əsrin fonunda portret” adlı sənədli film çəkmişdir. Akad. M.Topçubaşov 20 noyabr 1981-ci ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında, akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Azərbaycan Tibb Universitetində Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illiyi təntənə ilə qeyd olunur.

Saday ƏLİYEV,
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri