Icma.az
close
up
RU
Cərrahlar işsiz qala bilər MÜHÜM dəyişiklik

Cərrahlar işsiz qala bilər MÜHÜM dəyişiklik

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt və robot texnologiyalarının inkişafı tibb sahəsində də böyük dəyişikliklər vəd edir.

Hurriyyet.Media  xəbər verir ki, Tesla və SpaceX-in qurucusu İlon Mask isə bu dəyişikliklərin o qədər də uzaq gələcəyin söhbəti olmadığını düşünür. 

Onun proqnozuna görə, cəmi üç ildən sonra Optimus robotları dünyanın ən yaxşı cərrahlarından daha üstün əməliyyatlar həyata keçirə bilər. Dörd ildən sonra isə robotların istənilən insandan daha yaxşı əməliyyat aparacağını iddia edir. Maskın bu fikirləri isə bir sıra suallar doğurur. Əməliyyat zamanı gözlənilməz vəziyyət yarandıqda son qərarı kim verəcək?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a deyib ki, bu gün robot texnologiyalarının və süni intellektin tətbiqi artıq həyatın bütün sahələrini əhatə etməkdədir: “Bir sıra ölkələrdə sənayedə, kənd təsərrüfatında və məişətdə bu texnologiyalardan istifadə günü-gündən genişlənir. Hətta robot-əsgərlər haqqında da məlumatlar mövcuddur. O cümlədən, tibb sahəsində robotların tətbiqi ilə bağlı düşüncələr dərinləşir. Robotik cərrahiyyə artıq 10 ilə yaxındır ki, dünyada tətbiq olunur. Müxtəlif ölkələrdən olan həkimlər robotlar vasitəsilə başqa ölkələrdəki əməliyyatları həyata keçirirlər. Lakin birbaşa robotun özünün iştirakı ilə keçirilən əməliyyatlar gələcəyin məsələsidir və bu da gözləniləndir".

Həkim qeyd edib ki, robotlara bütün proqramları və yanaşmaları verən insanlardır: “Süni intellekt bəşəriyyətin malik olduğu bilikləri cəmləyərək proseslərə daha mükəmməl şəkildə yanaşır. Bu baxımdan düşünmək olar ki, yaxşı proqramlaşdırılmış və indiyəqədərki təcrübələri mənimsəmiş robotların həyata keçirəcəyi əməliyyatlar daha mükəmməl ola bilər. Bu isə birbaşa proqramlaşmanın səviyyəsindən asılı olacaq. Eyni zamanda, bu sistemin bir üstünlüyü də ondan ibarətdir ki, bu robotlar davamlı şəkildə özünü təkmilləşdirə bilən sistemlər olacaqlar. Düşünürəm ki, yaxın gələcəkdə tibbin əksər sahələrində, o cümlədən cərrahiyyədə robotların mühüm yeri olacaq. Lakin ən azından yaxın 10-15 il ərzində robotların bu sahədə insanı tamamilə əvəz edəcəyini düşünmürəm. Hələ uzun müddət insan bu işdə lokomotiv olaraq qalacaq və prioritetlər insanların verdiyi qərarlar üzərində olacaqdır".

Zülfüqar Yusifova görə, həyatın digər sahələrində olduğu kimi, burada da əsas yanaşma insanlığın bu robot texnologiyasından və süni intellektdən hansı məqsədlə istifadə edəcəyindən asılıdır.
“Hər zaman yeni texnologiyaların yaranması insanı müəyyən yükdən azad etsə də, bəzi problemlər də doğurur. Məsələn, Səməd Vurğunun "Muğan" poemasında kombaynın gəlişi ilə bağlı belə bir təsvir var: "Ay əmi, o maşın tez gəlsə əgər, Neçə şadlıq edər bizim bu ellər. İş görər, tər tökər bir yanında o, Bizim də vaxtımız çox qalar hətta, Məşğul ola bilsək elmlə, savadla". Əslində bu misralar texnologiyadan istifadənin bizə nələr qazandıra biləcəyini çox gözəl ifadə edir. Dünən kombayn idi, sonra yeni maşınlar, təyyarələr, bu gün isə dronlar və digər texnologiyalar ortaya çıxdı. Əsas məsələ insanın niyyəti və meylidir, bu yeni texnologiyanı hansı istiqamətə yönəldəcək və insanlıq üçün ondan necə faydalanacaq”_ Yusifov belə söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri