Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Çətin həyat yolu keçən rəssam Güllü Mustafayeva

Çətin həyat yolu keçən rəssam Güllü Mustafayeva

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Xalq rəssamı Güllü Mustafayevanın anım günüdür.

Kulis.az sənətşünas Əsəd Quliyevin "Çətin həyat yolu keçən rəssam" yazısını təqdim edir.


XX əsr Azərbaycan təsviri sənət tarixində öz uğurlu yaradıcılıq fəaliyyəti ilə seçilən qadın rəssamlarımız çox olub. Onlardan Qeysər Kaşıyeva, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Bədurə Əfqanlı, Güllü Mustafayeva, Xalidə Səfərova, Vəcihə Səmədova, İzzət Seyidova, Bəyim Hacızadə, Elmira Hüseynova, Həyat Abdullayeva, Zivər Məmmədova, Münəvvər Rzayeva və başqaları diqqəti cəlb edən gözəl əsərlər yaratmışlar. Bu əsərlərdəki əlvan rəng qamması, kompozisiya quruluşu, ifadəlilik ünsürü, dekorativ-plastik ritm, rənglərdən bacarıqla istifadə insanların zövqünü həmişə oxşayıb. Belə sənətkarlardan biri də bu il 105 illik yubileyini qeyd edəcəyimiz Xalq rəssamı Güllü Hacı Naim Mustafa qızı Mustafayevadır.

G.Mustafayeva əslən Şamaxıdan olsa da, Türkmənistanın Cərco şəhərində anadan olmuşdu. Onun atası Mirzə Ələkbər Sabirin qohumu, anası isə Seyid Əzim Şirvaninin nəslindən idi. Mürəkkəb və çətin həyat yolu keçmiş G.Mustafayeva ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda almışdı. 1938-ci ildə məktəbi bitirən Güllü həmin ildən müstəqil bədii yaradıcılıq fəaliyyətinə başlamışdır. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında diqqəti cəlb edən əsərlər qalereyası yaratmışdı. G.Mustafayeva Macarıstan, Fransa, Tunis ölkələrində yaradıcılıq ezamiyyətində olmuş və öz yaradıcılıq manerasını zənginləşdirmişdi. Onun Bakıda əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdu (1960, 1962, 1965, 1971, 1975, 1979). Rəssamın əsərləri ölkəmizdə Milli İncəsənət Muzeyi, N.Gəncəvi adına Ədəbiyyat Muzeyi, Dövlət Rəsm Qalereyasında saxlanılır. Sənətkarın bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar rəssam və Xalq rəssamı fəxri adlarına layiq görülüb.

G.Mustafayevanın ərsəyə gətirdiyi süjetli tablo və portret əsərləri arasında "Mirzə Fətəli Axundovun evində axtarış" (1938), "Balaca musiqiçi" (1938), "Nizami qoca aşığı dinləyir" (1941), "Leyli və Məcnun mədrəsədə" (1941), "Məhsəti Gəncəvinin portreti" (1947), "Pambıqçı Bəsti Bağırovanın portreti" (1950), "Məcnunun Leylinin məzarı üzərində ölməsi" (1952), "Professor, oftalmoloq Umnisə Musabəyovanın portreti" (1957), "Rəssam Səttar Bəhlulzadənin portreti" (1963, 1970), "Professor, nevropatoloq Zəhra Salayevanın portreti" (1965), "Ceyran Bayramovanın portreti" (1970), "Rəssam Maral Rəhmanzadənin portreti" (1970), "Yazıçı Süleyman Rəhimovun portreti" (1970), "Yazıçı Abdulla Şaiqin portreti" (1971), "Mənim anam" (1977) və başqalarını qeyd etmək olar. Rəssamın yaratdığı portretlər qalereyasına nəzər yetirdikdə incəsənət xadimlərinin, tibb alimlərinin, müxtəlif peşə sahiblərinin yaddaqalan bədii surətlər qalereyasını görmək olar. Rəssam XII əsrdə yaşamış, məşhur rübailər ustadı, şair Məhsəti Gəncəvinin portretini son dərəcə ustalıqla işləyib. O, axtarışlar apararaq, obrazı yaradarkən ən incə detallara varmış, sonda uğurlu bədii təsir qüvvəsinə malik əsər yaratmışdır. Şairin mənalı obrazı, dövrü və mühiti, memarlıq və geyim üslubu tabloda müvəffəqiyyətlə əks olunub. Bu əsər rəssamın ən uğurlu işlərindən hesab olunur.

G.Mustafayevanın mənzərə əsərlərindən "Xaçmaz mənzərəsi" (1944), "Quba mənzərəsi" (1945), "Dilican. Etüd" (1945), "Şuşa mənzərəsi" (1948), "Qusar mənzərəsi" (1952), "Quba mənzərəsi" (1957), "Buzovna. Etüd" (1968) və başqalarını qeyd etmək olar. Rəssamın mənzərə əsərlərinin adlarına diqqət yetirdikdə onun ölkəmizin dilbər guşələrinə necə yaradıcı məhəbbətlə bağlandığını və ilahinin bəxş etdiyi təbiət gözəlliklərini rənglərin sirli dili ilə təxəyyülündən süzərək tamaşaçısına çatdırmaq istədiyini duymaq olar.

G.Mustafayevanın əsərlərində xüsusi əhəmiyyət kəsb edən və onun yaradıcılığının əsas leytmotivinə çevrilmiş bir istiqamət vardır. Bu, bütün yaradıcılığı boyu sevərək yaratdığı "Bizim uşaqlar" silsiləsini təşkil edən, müxtəlif yaş qruplarında olan uşaqların portretləridir. Uşaq portretini işləmək təbii ki, fərəhli olduğu qədər də mürəkkəbdir. Məsum uşaqlara məxsus daxili hissləri təsvir etmək və onların daxili dünyasını kətanda canlandırmaq olduqca zəhmət tələb edən işdir. O, həmçinin balaca qəhrəmanlarının daxili sərbəstlik və azadlığını öz yazı manerasının köməyi ilə göstərmək istəyib. G.Mustafayevanın "Bizim uşaqlar" silsiləsinə daxil olan çoxsaylı əsərlər qalereyasından "Rahilə" (1960), "Aytən" (1964), "Ülkər" (1964), "Skripka çalan Sevinc" (1965), "Leyla" (1970), "Sevinc" (1970), "Balanisə" (1974), "Rəna" (1971), "Sevda" (1972), "Lalə" (1973), "Gülşən" (1975), "Rəna" (1982) və başqalarının adlarını qeyd etmək olar.

Qeyd etdiyimiz kimi, rəssam xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuş, görüb müşahidə etdiyi hal, hadisə və məkanları bədii biçimdə rəssam təxəyyülündən keçirərək kətanda canlandırmış, diqqəti cəlb edən tablolar yaratmışdır. Rəssam 1960-cı il Fransa səfərindən "Rəssamlar meydanı", "Paris, Opera teatrı", "Eyfel qülləsi", "Meton şəhəri", 1961-ci il Tunis səfərindən "Ərəb qızı Lətifə", "Tunisli məktəbli", "Qabesalı qadın", "Qoca", "Kasıb ərəb", 1962-ci il Macarıstan səfərindən "Budapeştdə küçə", "Macar aktrisası", "Budapeştli qız", "Dunay sahillərində" və başqa əsərlərini yaratmışdır.

G.Mustafayeva gərgin yaradıcılıq və ömür yolu keçib. O, hələ rəssamlıq məktəbində tanış olduğu, gələcəyin tanınmış rəssamı olacaq Həsən Haqverdiyevlə ailə həyatı qurub. Həyat yoldaşı sürgün olunan rəssam məcburiyyət qarşısında qalaraq ondan boşanıb. Bir daha həyat yoldaşının qayıtmayacağını düşünən G.Mustafayeva tanınmış rəssam Nəcəfqulu İsmayılovla ailə həyatı qurub. Sonradan bəraət alıb qayıdan H.Haqverdiyevlə bir daha həyat yolları bağlanmayıb. Və beləcə bir şəhərdə və binada - rəssamlar evində bu iki rəssam öz ikinci həyatlarını yaşayıblar.

Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək "Öz balaca həyatlarından xatircəmdirlər..." - Belçikalı Nobel mükafatçısının pyesi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 May 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri