Icma.az
close
up
RU
Çətin yol keçirlər, görürlər ki, ortada heç nə yoxdur Açıqlama

Çətin yol keçirlər, görürlər ki, ortada heç nə yoxdur Açıqlama

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən, fevralın 16-da, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025/2026-cı tədris ili üçün magistraturaya qəbul imtahanı keçirilib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.

Ölkə.az xəbər verir ki, imtahandan sonra bir çox tələbə sualların, xüsusilə də məntiqin çətinliyindən şikayətlənib. Bəzi tələbələr tapşırıqları cavablandırmaqda çətinlik çəkdiklərini bildiriblər.   

Onlardan biri imtahanla bağlı fikirlərini bizimlə bölüşərək bildirib ki, məntiq sualları uzun və vaxt tələb edən olub:

“Məntiq olduqca çətin idi, bəlkə də ilk dəfə idi ki, məsələlər eyni anda düşmüşdü, hamısı da olduqca uzun və vaxt tələb edən idi. Mənimlə həmfikir olan tələbələr bir xeyli çoxdur. İnformatika nisbətən rahat olsa da, gözlədiyimiz suallar yox idi. Suallar düşün­dürücü və çaşdırıcı idi. Ən çox problem isə xarici dildən yaşanıb, tələbələrin əksəriyyəti bu bölməyə görə kəsilib. Bu məqam diqqətə alınmalıdır.”

Mövzu ilə bağlı danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, imtahanlar yox, proqramlar dəyişdirilməlidir:

"İmtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keyfiyyətli bir formada keçirilir. Ümumi mənada DİM geniş təcrübəyə sahibdir. Müraciətlərə baxılmalıdır, bir komissiya qurulmalıdır. Həqiqətən də bilməlidirlər ki, magistratura imtahanı orta, asan, çətin sual xarakteristikasına, testologiyanın qaydalarına uyğundurmu? Suallar keyfiyyətlidirmi, yoxsa əzbərçidirmi? Bəs, bizim tələbələrimizi motivasiyadan salan nədir? Çətin bir imtahandan keçirlər və magistr tələbəsi olurlar. Sonra görürlər ki, ortada heç də qeyri-adi bir təhsil yoxdur. Keyfiyyətli bir tədrisdən söhbət gedə bilməz. 

Dərsə gələn tələbələr azdır, elmi işlərin əksəriyyəti plagiatdır. Belə olduqda isə tələbənin motivasiyası düşür. Görür ki, müəllimlər onlara keyfiyyətli dərs keçmir. Praktiki, laborator işlər, tədqiqat yoxdur. Elmi məqaləni, akademik yazını yazmağı keyfiyyətli şəkildə öyrətmirlər. Bunu görən tələbə deyir ki, o zaman yüksək səviyyəli, mürəkkəb bir imtahandan sonra bu keçdikləri nə idi?"

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri