Çexiya prezidenti Formula 1 trasında fotoqraf oldu
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çexiya Prezidenti Petr Pavel bu dəfə siyasi fəaliyyəti ilə deyil, qeyri-adi hobbisi ilə diqqət mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Macarıstanda keçirilən “Formula-1” üzrə Qran-pri yarışını izləmək üçün “Hunqarorinq” avtodromuna gedib. Lakin o, tribunada əyləşmək əvəzinə peşəkar fotoqraf kimi trasda fəaliyyət göstərib.
Məlumata görə, Petr Pavel yarışa peşəkar fotokamera avadanlığı və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi akkreditasiyası ilə qatılıb. Şənbə günü keçirilən yürüşlər zamanı o, bolidlərin mübarizəsini obyektivinə köçürüb. Çexiyalı “Formula-1” fotoqrafı İrji Krjenek də prezidenti müşayiət edib. Pepperoni pizza
Bu, Petr Pavelin avtoidman yarışlarında fotoqraf kimi ilk təcrübəsi deyil. O, iyun ayında Fransada keçirilən məşhur “Le-Manın 24 saatı” yarışında da peşəkar fotoaparatla görüntülər çəkib.
NATO Hərbi Komitəsinin sabiq sədri uzun illərdir idman fotoqrafiyasına maraq göstərir. O, Çexiyada keçirilən “MotoGP” və “World Superbike” yarışlarını lentə alıb, həmçinin NASCAR yarışlarını izləmək üçün ABŞ-a, Dakar rallisini çəkmək məqsədilə isə Səudiyyə Ərəbistanına səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 İyul 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















