Çexiya prezidenti təhdid məktubları alır
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Çexiya Prezident Administrasiyasına təhqir və hədə-qorxu məzmunlu məktublar daxil olur. Onların bir hissəsi dövlət başçısı Petr Pavelə ünvanlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı məlumat yayıb.
"Bu cür iki fakt üzrə araşdırma aparırıq. Onlardan biri 2026-cı ilin fevralına, digəri isə cari ilin iyun ayına aiddir", - deyə polis nümayəndəsi Yan Danek bildirib.
Onun sözlərinə görə, şübhəli şəxslər Cinayət Məcəlləsinin "vəzifəli şəxsə təsir göstərmək məqsədilə hədə-qorxu gəlmə" maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər. Həmin maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
"Daxil olan məktubların bir hissəsi konfrontasiya xarakterli, təhqiramiz və ya kobud məzmun daşıyır. Bəzi hallarda isə hədə-qorxular yer alır", - deyə prezidentin mətbuat katibi Voytex Şeliqa bildirib.
Təhlükəsizlik baxımından məktubların konkret məzmunu açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 İyul 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















