Azərbaycanın ən yaxşı idmançılarının reytinqi açıqlandı SİYAHI
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycan idmançılarının 1 noyabr 2026-cı il tarixinə olan reytinq cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, noyabr ayının reytinqinə 470 xalla sərbəst güləşçi Arseniy Cioyev başçılıq edir.
İkinci pillədə 440 xalla cüdoçu Əhməd Yusifov qərarlaşıb. İlk üçlüyü 410 xalla digər sərbəst güləşçi Giorgi Meşvildişvili tamamlayır.
Dördüncü yeri 400 xalla cüdoçu Zelim Tçkayev, beşinci pilləni isə 395 xalla yunan-Roma güləşçisi Nihat Məmmədli tutur.
Noyabr ayı üzrə ilk onluq belədir:
1. Arseniy Cioyev (sərbəst güləş) - 470 xal
2. Əhməd Yusifov (cüdo) - 440 xal
3. Giorgi Meşvildişvili (sərbəst güləş) - 410 xal
4. Zelim Tçkayev (cüdo) - 400 xal
5. Nihat Məmmədli (yunan-Roma güləşi) - 395 xal
6. Uşanqi Kokauri (cüdo) - 360 xal
7. Sənan Süleymanov (yunan-Roma güləşi) - 350 xal
8. Əli Tsokayev (sərbəst güləş) - 350 xal
9. Səidcəmşid Cəfərov (boks) - 350 xal
10. Həsrət Cəfərov (yunan-Roma güləşi) - 350 xal
Əvvəlki ayın reytinqində 350 xalla birinci olan boksçu Səidcəmşid Cəfərov noyabr siyahısında doqquzuncu pilləyə geriləyib. Oktyabrda səkkizinci yeri tutan Arseniy Cioyev isə 220 xaldan 470 xala yüksələrək liderliyi ələ keçirib.
Oktyabrda üçüncü pillədə qərarlaşan cüdoçu Hidayət Heydərov, eləcə də ikinci yeri tutan taekvondoçu Qaşım Maqomedov noyabrın ilk onluğuna düşməyiblər.
Qeyd edək ki, noyabr reytinqinin ilk onluğunda sərbəst və yunan-Roma güləşinin hər birindən üç, cüdodan üç, boksdan isə bir idmançı yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















