Çexiyada alıcıların onlayn alış veriş zamanı süni intellektdən istifadə halları artıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Praqa, 25 dekabr, AZƏRTAC
Süni intellekt (Sİ) Çexiyada istehlakçıların onlayn alış-veriş davranışına getdikcə daha güclü təsir göstərir.
AZƏRTAC xəbər verir ki, “Dnes.cz” platformasının son araşdırmasına əsasən, alıcıların 49 faizi artıq onlayn məhsul axtarışı və seçimi zamanı süni intellekt alətlərindən istifadə edir.
Bu texnologiyalara ən çox gənclər müraciət edir. 18 yaşdan aşağı respondentlər arasında istifadə səviyyəsi 95 faizdir. 18-24 yaş qrupunda bu göstərici təxminən 80 faiz, 25–54 yaş aralığında 60–70 faiz, 55 yaşdan yuxarı alıcılar arasında isə təxminən 50 faiz təşkil edir.
Respondentlərin 44 faizi məhsulları müqayisə etmək, 42 faizi əsas xüsusiyyətləri anlamaq, 28 faizi isə daha sərfəli qiymət tapmaq üçün Sİ-dən yararlanır. Platformanın icraçı direktoru Adam Herd bildirib ki, bu cür alətlər faydalıdır, lakin məlumatlar etibarlı mənbələrlə yoxlanmalıdır.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















