Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
525.az saytına istinadən Icma.az xəbər verir.
13 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib.
Bu barədə 525.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb.
Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksək səviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin cari ilin may ayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.
Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına həmçinin müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.
İki ölkənin ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















