Ombudsmanın nümayəndəsi İƏT Ombudsmanlar Assosiasiyasının Alt Komitəsinin ilk iclasında onlayn qaydada iştirak edib
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Qadın Hüquqları üzrə Alt Komitənin yüksək səviyyəli ilk iclası keçirilib.
Azərbaycan Ombudsman təsisatı qadın hüquqlarının qorunması və təşviqi istiqamətində institusional əməkdaşlığın gücləndirilməsi, müsbət təcrübələrin paylaşılması və konkret tədbirlərin görülməsi məqsədilə yaradılmış Qadın Hüquqları üzrə Alt Komitədə təmsil olunur.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva onlayn qaydada iştirak edərək, Azərbaycan Ombudsmanının qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini və təşviqi sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verib.
Ombudsman təsisatında bərabərlik hüququnun təmini üzrə müvafiq struktur bölmənin yaradılması, eləcə də qadın hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində görülmüş işlər Alt Komitə tərəfindən müsbət təcrübə kimi qəbul edilib.
Tədbirin sonunda Alt Komitə tərəfindən İƏT-ə üzv dövlətlərdə qadın hüquqlarının müdafiəsinin və təşviqinin artırılması, qurumlararası əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















