Icma.az
close
up
RU
Ceyhun Bayramov ATƏT PAnın vitseprezidenti ilə müzakirə apardı

Ceyhun Bayramov ATƏT PAnın vitseprezidenti ilə müzakirə apardı

Icma.az, Adelet.az-ə istinadən bildirir Ceyhun Bayramov ATƏT PAnın vitseprezidenti ilə müzakirə apardı.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər edən ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29 çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər ölkəmiz ilə ATƏT PA arasında intensiv dialoqun mövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, o cümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlı inkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgəmizdə və dünyamızda müşahidə olunan fəsadlarının aradan qaldırılması səylərinin gücləndirilməsi və bu istiqamətdə ən həssas qrupların dəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğu bildirilib.

Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldə olunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilk gündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.

Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regional sülh prosesinin gedişatı barədə məlumatlandırılıb.

Vitse-prezident COP29 sədrliyi münasibətilə ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see169

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see121

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see118

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

Yük maşınlarının yoxlanılması ilə bağlı yeni qayda

20 Fevral 2025 17:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri