Rəqəmsal transformasiya və süni intellekt: MEK in direktoru beynəlxalq konfransda iştirak edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov noyabrın 16–19-da Türkiyənin Antalya şəhərində keçirilən ANKOSLink2026 Beynəlxalq Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib.
Antalya Bilim Universitetinin ev sahibliyi və təşkilati dəstəyi ilə “Konsorsiumların yenidən müəyyənləşdirilməsi və yeni informasiya ekosistemi” mövzusunda keçirilən konfransa 30-dan artıq ölkədən 500-dən çox nümatəndə qatılıb. Beynəlxalq konfransın açılışında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər, Antalya Bilim Universitetinin prorektoru professor Hülya Şimga, ANKOS-un rəhbəri İsmail Çetinkaya və digər qonaqların konsorsiumların gələcəyi, yeni əməkdaşlıq və dayanıqlı maliyyələşdirmə modelləri, rəqəmsal informasiya ekosisteminin inkişafı, süni intellektin tətbiqi kimi aktual məsələlər ətrafında çıxışları dinlənilib. Konfransın gündəliyində süni intellektin kitabxanalara təsiri, süni intellekt dəstəkli kitabxanaların formalaşdırılması, informasiya resurslarına bərabər çıxış imkanları, innovativ informasiya xidmətləri, rəqəmsal transformasiya, kitabxana xidmətlərinin müasir tələblərə uyğun yenidən qurulması, istifadəçi yönümlü xidmətlərin təşkili və kitabxanaçıların peşəkar səriştələrinin inkişafı kimi mövzular da yer alıb. Tədbir çərçivəsində kitabxana-informasiya sahəsində uğurlu təcrübələrin, praktiki araşdırmaların və innovativ layihələrin təqdim edilməsi, eləcə də sahənin aktual peşəkar problemlərinin müzakirəsi nəzərdə tutulur.
Tədbirin sponsorları sırasında “Step Kitap”, “Clarivate”, “Elsevier”, “Springer Nature”, “Ankaref İnovasyon ve Teknoloji A.Ş.”, “Hiperlink” kimi texnologiya nəhəngləri yer alıb. Onu da qeyd edək ki, akademik panellərlə yanaşı, texnologiya şirkətləri öz yeni elektron həllərini, kəşf alətlərini və süni intellekt platformalarını stendlərdə nümayiş etdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















