Ceyhun Bayramov: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-ə verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror hadisəsini qınayıb, həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı diləklərini çatdırıb. Ölkəmizin terrorla mübarizə səylərində daim Pakistanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri, iki ölkə arasında əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Fevral 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















