Icma.az
close
up
RU
Ceyhun Bayramov “Buzlaqlar2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ceyhun Bayramov “Buzlaqlar2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

12 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan "Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak və çıxış edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yüksək səviyyəli tədbirdə həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə çıxış edən nazir Ceyhun Bayramov, Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib.

Buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib.

İqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18%-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb.

Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq "Beynəlxalq Buzlaq Qoruma İli"nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub.

Nazir Ceyhun Bayramov, bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Noyabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri