Icma.az
close
up
RU
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib

Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib.

Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həllinin” tərəfdarı olduğunu hər zaman dəstəklədiyi, bu istiqamətdə əməli addımlar atdığı diqqətə çatdırılıb. Qəzzada olduqca çətin humanitar vəziyyətin həllinin, atəşkəsə əməl olunmasının əhəmiyyəti görüşdə qeyd olunub.

Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, cənab Prezident tərəfindən ali ordenlə təltif olunması və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see299

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see193

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see143

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see136

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see131

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see127

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see125

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see125

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see124

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see123

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see123

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see122

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see121

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see121

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see121

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see117

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see115

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

15 Avqust 2025 21:27see114

Botay Türk dünyasının ortaq mədəniyyəti

15 Avqust 2025 11:15see113

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

15 Avqust 2025 21:12see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri