Icma.az
close
up
RU
Ceyhun Bayramov: Ermənistanın Zəngəzur dəhlisi ilə bağlı öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar son müsbət qərar yoxdur Yeni Gündəm

Ceyhun Bayramov: Ermənistanın Zəngəzur dəhlisi ilə bağlı öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar son müsbət qərar yoxdur Yeni Gündəm

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir. Artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, eyni zamanda, İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpünün inşası, Azərbaycanın qərb ərazisi ilə Naxçıvan arasında İran üzərindən marşrutun icrası üzrə işlər davam edir.

Ceyhun Bayramov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır, lakin bununla bağlı isə son müsbət qərar yoxdur.

APA

seeBaxış sayı:96
embedMənbə:https://yenigundem.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri