Xalq iqtidar birliyi məkrli planların reallaşmasına imkan vermədi Deputat
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"MDB-də münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını sadəcə bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər. Bu həmçinin Milli Şuranın fiaskosu deməkdir.
V.Bayramovun dediyinə görə, xəyanətkar qurupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, milli antiünsürlər hər vəclə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər:
"Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olsunlar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq".
Deputat bildirib ki, xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan biri də özünü Qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyidir. Necə olursa-olsun hakmiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu milli ünsürlərin fərqli cəbhələr ilə əməkdaşlıq etməkdən çəkindirməyib.
"Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək", - Vüqar Bayramov əlavə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















