İranda qadınların da iştirak etdiyi marafon yarışının təşkilatçılarna cinayət işi açılıb
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İranın Kiş adasında qadınların da iştirak etdiyi marafon yarışının təşkilatçıları barəsində cinayət işi açılıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.
Kiş adasının prokuroru Əli Səlimzadə bildirib ki, ötən gün keçirilən və 5 min 200 min nəfərin iştirak etdiyi marafon yarışında (5, 15 və 42 kilometr məsafəyə) ölkənin mövcud qanunlarının, dini-ənənəvi qaydaların və ictimai ədəb normalarının qorunması təmin olunmayıb:
"Bu cür münasibət dövlət və özəl sektorun nümayəndələri də daxil olmaqla, yarışın keçirilməsinə qatılan bütün vəzifəli şəxslərə şamil ediləcək".
O, məhkəmə orqanlarının "qanuni və şəriət normalarının yerinə yetirilməməsi və ya çatışmazlıqları" adlandırdığı məsələlərin normativ aktlar əsasında araşdırılacağını bildirib.
Bununla belə, Kiş marafonunun təşkilatçısı Payam Dibac marafonun keçirilməsi üçün müvafiq qurumlardan icazə alındığını söyləyib.
İran Atletika Federasiyasının prezidenti Ehsan Haddadi isə sözügedən idman tədbirinin Kiş azad zonasının rəsmiləri və təşkilatçılar federasiya ilə razılaşdırılmadığını iddia edib. Federasiya rəhbəri marafona qatılan qadınların ənənəvi idman hicabında çıxış etmədiklıərini, bu səbəbdən "narahatedici kadrlar"ın bütün ölkəyə yayımlandığını deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















