Ceyhun Bayramov Hakan Fidanla Ermənistanla sülh prosesində mövcud problemləri müzakirə edib YENİLƏNİB
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
APA xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
Görüşdə təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
13:24
Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş başlayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.
12:22
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
APA xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















