Icma.az
close
up
RU
Ceyhun Bayramov Kral Prajadhipok İnstitutunun Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Kral Prajadhipok İnstitutunun Baş katibi ilə görüşüb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara Sereevatthanavutu qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının beynəlxalq platformalarda fəal roluna diqqət çəkərək, ölkəmizin Qoşulmama Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər qatacağını bildirib.

Görüşdə həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşılıqll maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri