Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır.
Milli.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmasları olub və bu təmaslar davam edir: "Antalya Diplomatiya Forumunun imkanlarından istifadə edərək erməni həmkarımla ikitərəfli görüşüm baş tutdu, görüşü kifayət qədər faydalı hesab edirəm. Hər hansı görüş məsələləri həll etmək imkanı verməsə də, tərəflərin mövqeyini, arqumentlərini, əsaslandırmalarını daha detallı şəkildə müzakirə etmək fürsəti verir. Buna görə qiymətləndirməm ondan ibarətdir ki, bu görüş də faydalı idi".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















