Icma.az
close
up
RU
Ceyhun Bayramov TDTdə COP29a hazşrlıqlar barədə də danışıb

Ceyhun Bayramov TDTdə COP29a hazşrlıqlar barədə də danışıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

6 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak və çıxış edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəmiz hesab etdiyimiz Türk dünyası çərçivəsində əməkdaşlığa strateji baxışının əsasında ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində səy və təşəbbüslərini davam etdirmək niyyəti diqqətə çatdırılıb, bu istiqamətdə TDT Katibliyinin heyət və büdcəsinin artırılmasının əhəmiyyəti qeyd olunub.

Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində Təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib.

“Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Zirvə Görüşünün, habelə bu çərçivədə qəbul olunacaq Bəyannamə və Türk Dünyasının Xartiyası da daxil olmaqla bütün sənədlərin Təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə dair inam ifadə olunub.

Mövcud regional və beynəlxalq çağırışların fonunda bölgəmizdə birgə rifah və ümumi məqsədlərə nail olunması istiqamətində iqtisadi potensialın gücləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin vacibliyi qeyd olunub.

Bu istiqamətdə, 6 iyulda Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü çərçivəsində qəbul olunmuş Qarabağ Bəyannaməsinin Türk dövlətlərinin potensialının reallaşdırılması, əhəmiyyətli birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə vurğu etməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyəti, o cümlədən TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin işi təqdir olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin yenidənqurma fəaliyyətinin birgə əməkdaşlıq, o cümlədən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Çıxış zamanı, həmçinin ölkəmizin COP29 sədrliyi, görülən hazırlıq işlərindən ətraflı bəhs olunub, Türk dünyasında ilk dəfə keçiriləcək bu mötəbər tədbir çərçivəsində bir sıra birgə təşəbbüslərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

İclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri