Icma.az
close
up
RU
Ceyhun Bayramov və Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib YENİLƏNİB

Ceyhun Bayramov və Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib YENİLƏNİB

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 14-də Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Adalet.az-a verilən məlumata görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və s. aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb, Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edilib.

Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in keçmiş Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

14:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Müzakirələr zamanı nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar da daxil olmaqla bir sıra əsas istiqamətlər üzrə strateji tərəfdaşlığın gücləndirilməsinə diqqət yetiriblər.

Nazirlər həmçinin gələcək planları və iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialı araşdırıblar.

Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarına münaqişədən sonrakı regional vəziyyət, son hadisələr və hələ də davam edən çağırışlar, xüsusilə Ermənistanın Azərbaycana qarşı konstitusiyasında təsbit olunmuş ərazi iddiaları barədə məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.

Nazir bildirib ki, görüşdə əsas diqqət enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinə yönəlib. O, Azərbaycan və Bolqarıstan arasında bir sıra mühüm birgə təşəbbüslərin uğurla həyata keçirildiyini vurğulayaraq, bu tərəfdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini qeyd edib.

Görüş zamanı strateji tərəfdaşlıq çərçivəsində müxtəlif mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Ceyhun Bayramov həmçinin post-münaqişə dövründəki regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi və davam edən çağırışlar barədə bolqarıstanlı həmkarına məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri