Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
“Azərbaycanın mövqeyi çox açıqdır və sadədir - Azərbaycan dövləti öz suverenliyini bərpa edib. Sülh sazişinin mətni açıq sənəddir, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin bunu görmək imkanı var”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, niyyətimiz xoşdur. Son bir il ərzində Ermənistan tərəfindən görülən bir çox birtərəfli addım atılıb. Sülh prosesinin gətirdiyi real nəticələri və reallıqları hər kəsin görmək imkanı var. Bizim yanaşmamız ondan ibarətdir ki, Ermənistan cəmiyyəti də bunu qəbul etməli və anlamalıdır ki, bu, Ermənistan cəmiyyəti üçün ən azı Azərbaycan cəmiyyəti üçün olduğu qədər önəmlidir. Nəticədə proses hər iki tərəfin maraqlarına xidmət edir. Müzakirələri izləyirik. Azərbaycan tərəfi prosesə son nöqtəni qoymağa hazırdır, ancaq nəticə gözləniləcək”, - nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















