Icma.az
close
up
RU
Ceyhun Əliyev: İstənilən balıq ölümü ilə bağlı araşdırmalar aparırıq

Ceyhun Əliyev: İstənilən balıq ölümü ilə bağlı araşdırmalar aparırıq

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cəmiyyətdə belə bir düşüncə var ki, "damba balığı pisdir, balıq Xəzərdə olmalıdır". Amma yekunda biz Xəzərin resurslarının gələcək nəsillərə ötürülməsi üçün bu stereotipi qırmaq istəyirik".

Oxu.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

O, Xəzər dənizi və daxili su hövzələrində balıq ehtiyatlarının vəziyyəti, aparılan ekspedisiyalar, akvakultura sahəsində görülən işlər, qanunsuz balıq ovu ilə mübarizə və gələcək hədəflər barədə ətraflı məlumat verib.

Belə ki, son illərdə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının azalması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bu sahədə aparılan elmi tədqiqatlar, ekspedisiyalar və kvota müəyyənləşdirmələri balıqçılığın davamlı inkişafını təmin etmək və ekosistemi qorumaq baxımından böyük önəm daşıyır.

- Ceyhun müəllim, Xəzərdə və daxili su hövzələrində balıq ehtiyatlarının azalması ilə bağlı fikirlər səsləndirilir. Sizin müşahidələriniz nə deyir?

- Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının artıb-azalması ilə bağlı, əsasən, balıqçılar, ekoloqlar və yaxud da bu sahəyə diqqət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər müxtəlif fikirlər səsləndirirlər. Azalma və ya artım barədə danışmaq üçün əvvəlki məlumat bazasına malik olmalısan. Təəssüflər olsun ki, uzun illərdir, Xəzərdə və daxili su hövzələrində genişmüqayisəli tədqiqat işləri aparılmayıb.

Xəzər dənizi kiçik bir ekosistemdir. Onun daxilində dünya okeanına aid olmayan, özünəməxsus ekoloji sistem mövcuddur. Bəzi balıq növlərinin artması və ya azalması təbii haldır. Ola bilər ki, hər hansı balıqçı müəyyən mövsümdə daha çox gördüyü balığı indi görə bilmir. Bunun səbəbi həmin balıq növünün kürüləmə və ya miqrasiya dövrünün dəyişməsidir. Buna görə də dəqiq fikir söyləmək çətindir.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Ehtiyatların bərpası, qiymətləndirilmə, balıq mühafizəsi kimi məsələlər bizim səlahiyyətimizdədir. Kənd Təsərrüfatı Nazirliyində elmi komissiya yaradılıb. Bu komissiyanın işində bilik və bacarıqların artırılması və metodiki dəstək üçün Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşlarını cəlb etdik. Nazirlik tərəfindən oktyabrda Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirildi. Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ovu kvotalarını müəyyənləşdirməkdir.

Elmi ekspedisiya işi yekunlaşsa da, komissiya işinə davam edir və biz bu prosesi ilboyu aparmağı planlaşdırırıq. Ekspedisiya nəticələri ilə bağlı komissiya yaxın günlərdə bizə məlumat verəcək. Bundan sonra Nazirlər Kabinetinə rəsmi məktub göndəriləcək.

- Ekspedisiya hansı üsullarla aparılıb?

- Ekspedisiya zamanı bir neçə metod tətbiq edilib. Əvvəlcə ekoloji traldan və Xəzərin Azərbaycan sektorunda ilk dəfə olaraq ultrasəs cihazından istifadə olunub. Növbəti illərdə bu cihazın Azərbaycana gətirilməsi planlaşdırılır. Eyni zamanda, sudan nümunələr götürülüb, bütün müşahidə məntəqələrində zooplankton və fitoplanktonun mövcudluğu, sıxlığı kimi göstəricilər araşdırılıb. Hazırda yekun hesabatların nəticələri gözlənilir.

- Bəs ilkin nəticələr nə deyir? Artıq bu sahədə lazımi baza formalaşa bilər?

- Biz ekspedisiya zamanı ehtiyatları öyrənmək istədik. Xəzər dənizində nərəkimilər və Xəzər qızılbalığına ekspedisiya müddətində rast gəlinmədi. Bu o demək deyil ki, bu balıqlar Xəzərdə yoxdur. Sadəcə olaraq, ekspedisiya dövründə onlar qarşımıza çıxmadılar. Bildiyimiz kimi, beş ölkənin nərə balığı ilə bağlı moratorium sazişi var. Ona görə də sözügedən balığın ovlanması qadağandır.

Bundan əvvəlki illərdə Azərbaycanda kilkə balığının ovlanmasına ən böyük kvota verilib. Ekspedisiyanın ilkin nəticələrinə görə, bu balıq növünün ehtiyatı Xəzərdə, təxminən, 500-700 min tondur. Nəzərinizə çatdırım ki, bu, təkcə Azərbaycanın payına düşən həcm deyil.

Burada tək ekspedisiya ilə hər şeyi müəyyənləşdirmək mümkün deyil. Balıqlar tutulur, üzəri işarələnir, sonra yenidən həmin hövzəyə buraxılır. Bir neçə gün ərzində torlarla yenidən ov prosesi aparılır və daxili sularda işarələnmiş neçə balığın təkrarən tora düşdüyü müəyyənləşdirilir. Bu ekspedisiyada, təxminən, üç min balıqdan yalnız biri təkrarən tora düşmüşdü. Bu da kifayət qədər yaxşı nəticə sayılır. Dediyimiz kimi, bu elmi ekspedisiya artıq başlayıb. İlkin nəticələrimiz var, amma bunlar hələ ilkin mərhələdədir. Artım və azalma prosesi davamlı şəkildə izlənilməlidir.

Noyabrın sonlarında Aşqabadda Rusiya, Azərbaycan, Türkiyə, İran və Qazaxıstan toplantı edəcəklər. Burada ölkələr balıq növlərinin kvotaları barədə məlumat verəcək və kvotalar bölünəcək. Hər bir ölkə üzrə balıqçıların tələbatı, oradakı sənaye infrastrukturu nəzərə alınacaq. Bir əhəmiyyətli məsələ odur ki, indiyədək bu tədqiqatları yalnız Rusiya edib. Bu il ilk dəfə Azərbaycan öz elmi məlumatlarını, eyni zamanda, Xəzərdə balıq ehtiyatları ilə bağlı baza məlumatlarını verəcək.

- Bəs daxili sularda balıq ehtiyatı nə yerdədir?

- Daxili sularda, əsasən, Mingəçevir, Şəmkir və Yenikənd su anbarı kimi hövzələrdə müşahidələr aparılıb. Gözlədiyimizdən fərqli nəticələr aldıq. Sıf və dabanbalığı ehtiyatının kifayət qədər çox olduğu müşahidə edilir. Hətta yol verilən ov ölçüləri belə elə tənzimlənib ki, bu balıqların təbii şəkildə kürüləməsi, yeni nəsil verməsi və populyasiyanın qorunması mümkün olsun. Amma gözləmədiyimiz məqamlardan biri odur ki, çəkikimilərin sayı azdır. Halbuki çəkikimilər öz-özünü bərpa edən bir populyasiyadır. Lakin bu hövzələrdə onların sayının az olduğu müəyyən edilib. Bu da bizə bir növ siqnal verir. Yəni həmin hövzələrdə gələcək illərdə, məsələn, çəkikimilərin kvotasını azaldaq, həmin hövzələrdə onların sayının artırılması məsələsinə yenidən baxaq.

Sazan və çəkinin Azərbaycanda akvakultura (süni yetişdirmə) şəraitində kifayət qədər artırılması təmin olunur. Biz daim həm tədarükçülərlə, həm də akvakultura təsərrüfatları ilə işləyirik ki, bazarlarda qiymət sabit qalsın. Düşünmürəm ki, hazırda bazarda balıq qıtlığı var. Müşahidələrə görə, balıq qiymətlərində ciddi artım da yoxdur. Hazırda balıq və su bioloji resurslarının bazar qiymətləri stabil olaraq qalır. Bu da, əslində, sevindirici haldır.

- Bəzi vaxtlarda dənizdə, eləcə də daxili sularda kütləvi balıq ölümləri baş verir. Bu barədə nə deyə bilərsiniz?

- Əsas səbəb iqlim dəyişmələri ilə bağlıdır. Xüsusilə, bu, yay aylarında baş verir. İlk belə hadisə Məmmədli kəndində olmuşdu. Oradakı göl qanunsuz akvakultura mərkəzi kimi istifadə edilib. Hövzədə normadan artıq balıq olub. Avqustda əsas ölümlərin səbəbi isə havanın temperaturunun artması idi. Su çəkilmişdi və balıqlar quruya çıxmışdı. Digər tərəfdən, temperatur artdıqca həll olan oksigenin sayı azalır, bu da balıq ölümünə gətirib çıxarmışdı. İstənilən balıq ölümü ilə bağlı biz araşdırmalar aparırıq. Aqrar Xidmətlər Agentliyi bununla bağlı dərhal reaksiya verir.

- Qanunsuz balıq ovu (brakonyerlik) məsələsi də gündəmdədir. Bu istiqamətdə hazırda hansı işlər görülür və gələcək üçün hansı tədbirlər planlaşdırılır?

- Qanunsuz balıq ovuna qarşı mübarizə təkcə Azərbaycanda deyil, dünyanın ən inkişaf etmiş ölkələrində də mövcuddur. Qanunsuz balıq ovu aşkarlandıqda inzibati qaydada protokollar tərtib olunur, dəymiş zərər hesablanır və həmin brakonyerlərdən ziyanın ödənilməsi təmin edilir.

Amma açıq demək lazımdır ki, bu sahədə yalnız bizim qurumun öz imkanları kifayət etmir. Digər hüquq-mühafizə orqanlarının dəstəyindən istifadə edirik. Xüsusilə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları ciddi dəstək göstərirlər. Eyni zamanda, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə də birgə tədbirlər həyata keçirilir. Daimi olaraq reydlər aparılır.

Azərbaycanda, xüsusilə, Xəzər sahillərində brakonyerlik çox geniş yayılıb. Bir məsələ də var ki, həmin şəxsləri ciddi şəkildə cəzalandırmaq bir qədər çətindir. Düzdür, hər kəs qanun qarşısında cavabdehdir. Lakin bir çox Xəzəryanı kəndlərdə insanların yüz illərlə məşğuliyyəti balıqçılıq olub. Həmin kəndlərin həyat tərzində balıqçılıq müəyyən bir ənənə halını alıb, onların həyatının bir hissəsinə çevrilib.

Prosesi tənzimləmək üçün kompleks tədbirlər planlayırıq, hazırda beynəlxalq ekspertlərlə birlikdə işləyirik. Beş-on il sonra görmək istədiyimiz odur ki, brakonyerlik brakonyer üçün gəlirsiz sahəyə çevrilsin. İzləmə sistemləri qurulsun, restoran və hotel şəbəkələrində istifadə olunan balıqların mənşəyi izlənilsin. Məsələn, kim bu balığı təmin edib? Əgər həmin tədarükçünün kvotası varsa, problem yoxdur. Əks halda sistem avtomatik olaraq elektron şəkildə cərimə tətbiq etsin.

Bununla bağlı nazirliyin "Elektron kənd təsərrüfatı informasiya sistemi" mövcuddur. Hazırda balıqçılıqla bağlı alt sistem hazırlanır. Akvakultura məsələləri ilə yanaşı, digər istiqamətlər də burada əksini tapır və sistem digər dövlət qurumlarının bazaları ilə inteqrasiya şəklində işləyəcək.

Dediyim kimi, birinci məqsədimiz akvakulturanın inkişafını təmin etməklə insanların məşğulluğunu bərpa etmək, digər məsələ isə elektron sistem vasitəsilə sənəd dövriyyəsini və balıq daşımalarına nəzarəti gücləndirməkdir.

- Rəhbərlik etdiyiniz qurumun Azərbaycanda akvakultura sahəsinin inkişafı üçün nəzərdə tutduğu hansı tədbirləri var?

- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ötən il açıqladığı məlumatlara əsasən, artıq dünyada akvakultura şəraitində istehsal olunan balıq və su bioloji məhsullarının həcmi təbii su hövzələrindən əldə olunan məhsulların həcmini ötüb. Yəni dünya üzrə istehsal olunan balıqların yarıdan çoxu artıq akvakultura sahəsindən gəlir. Azərbaycanda akvakulturanın davamlı inkişafı üçün strateji planlarımız var. Onların içərisində akvakultura təsərrüfatlarına dövlət dəstəyinin artırılması, müəyyən vergi güzəştlərinin tətbiqi kimi məsələlər də yer alır. Artıq akvakultura kənd təsərrüfatının bir sahəsi kimi qəbul olunur və bu sahənin kənd təsərrüfatı güzəştlərindən yararlanması bizim əsas hədəflərimizdəndir.

Məqsədimiz odur ki, akvakultura inkişaf etsin, balıq ovu isə daim nəzarət altında və dayanıqlı şəkildə həyata keçirilsin. Bu nəzarət bir neçə formada həyata keçirilə bilər. Məsələn, kvotaların həcminin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, balıq ovundan əldə olunan məhsulların izlənmə sistemlərini qurmaq planlaşdırılır. Bu sistem vasitəsilə istər vergi qaimələrinin tətbiqi, istərsə də logistik daşınma sənədlərinin şəffaf şəkildə tənzimlənməsi planlaşdırılır. Bu, gələcəyə yönəlik hədəflərdir. Yəni ovlanmış balığın ovlandığı andan tutmuş, istehlak nöqtəsinə qədər bütün mərhələləri əhatə edən bir izləmə sistemi qurulmalıdır ki, biz dövriyyədə olan balığın real həcmini dəqiq bilək.

Akvakultura ilə bağlı islahatlar keçirmək istəyirik ki, burada normativ tələblər dəqiq müəyyənləşdirilsin. Məsələn, bəzi təsərrüfatlarda gün ərzində su dövriyyəsinin həcmi, yemin miqdarı və s. normalara əməl olunmur. Biz bu problemləri mərhələli şəkildə həll etmək niyyətindəyik.

- Mövcud problemlərlə bağlı qarşıdakı illərdə hansı tədbirlər planlaşdırılır?

- Ekspedisiyada əldə etdiyimiz ilkin rəqəmləri "ümidverici" dəyərləndirə bilərik. Amma nərə balığı və Xəzər qızılbalığı kimi növlərin tamamilə yox olmaq təhlükəsi bizi ciddi narahat edir. Məqsədimiz yalnız kvota müəyyənləşdirmək deyil, həm də ehtiyatların bərpasına yönəlmiş tədbirlər həyata keçirməkdir.

Qarşımızda ölkə rəhbərliyi tərəfindən qoyulmuş böyük tələblər var. Bu tələblər ondan ibarətdir ki, təsərrüfatların fəaliyyəti bərpa olunsun, nərə və digər Xəzər endemik növləri ilə bağlı damazlıq fondu formalaşsın, balıqartırma tədbirləri genişlənsin və Xəzərə buraxılan nərə körpələrinin sayı ildən-ilə artırılsın. Eyni məsələ Xəzər qızıl balığı ilə də bağlıdır. Təəssüf ki, artıq dövlətin əlində Xəzər qızılbalığının törədici fondu qalmayıb. Bu, bizi ən çox üzən məsələlərdən biridir. Gələcək illərdə əsas istiqamətlərimizdən biri məhz bu sahə olacaq - Xəzər qızılbalığının törədici fondunu bərpa etmək və yeni Xəzər qızılbalığı körpələrinin yetişdirilməsi ilə bu prosesin həyata keçirilməsini təmin etmək.

Həmçinin, əsas məqsədlərimizdən biri balıqların hansı dövrdə kürüləməyə keçdiyini, keçici növlərin şirin sulara nə vaxt daxil olduğunu müəyyənləşdirməkdir. Bu meyarların ilboyu qiymətləndirilməsi bizim əsas hədəfimizdir. Bundan sonra əldə olunan nəticələrə əsasən, Nazirlər Kabinetinə mövcud qərarların, əgər ehtiyac yaranarsa, dəyişdirilməsi ilə bağlı təkliflər təqdim ediləcək. Əgər ehtiyac yaranarsa, biz təklif edə bilərik ki, məsələn, moratorium (ov qadağası) müddətləri müəyyən balıq növləri üzrə dəyişdirilsin və ya olduğu kimi saxlanılsın.

- Bu istiqamətdə maarifləndirmə işləri aparılacaqmı?

- Üçüncü istiqamətimiz elə maarifləndirmədir. Biz yaxın vaxtlarda maarifləndirmə kampaniyalarına başlayacağıq. Cəmiyyətdə belə bir düşüncə var ki, "damba balığı pisdir, balıq Xəzərdə olmalıdır". Amma yekunda biz Xəzərin resurslarının gələcək nəsillərə ötürülməsi üçün bu stereotipi qırmaq istəyirik. Düzdür, akvakultura təsərrüfatlarında da müəyyən islahatlara ehtiyac var. Qanunvericilik dəyişiklikləri üçün təkliflər hazırlamışıq, artıq dövlət orqanlarına göndərmişik. İnsanlarda formalaşmış stereotipləri də maarifləndirmə yolu ilə aradan qaldırmaq istəyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri