Icma.az
close
up
RU
Ceyhun Hüseynzadəyə yüksək vəzifə verildi

Ceyhun Hüseynzadəyə yüksək vəzifə verildi

Ceyhun Şirzad oğlu Hüseynzadə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinin müavini təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İKTA-dan məlumat verilib.
Bildirilib ki, bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri olan Ceyhun Hüseynzadə iqtisadi inkişaf, layihələrin idarəedilməsi və strategiyaların hazırlanması sahəsində 10 ildən çox təcrübəyə malikdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və "Bowling Green State University"nin (magistr) məzunu olan sədr müavini müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf Bankı Qrupu və "Paşa Bank" ASC-də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
seeBaxış sayı:13
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri