Ceyhun Sultanov: Düşünürəm ki, bu, öz effektini verəcək
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Legioner limitini ləğv etmək yaxşı qərardır". Bunu Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
45 yaşlı veteran futbolçu AFFA İcraiyyə Komitəsinin ötən gün qəbul etdiyi qərarlarla bağlı fikirlərini bölüşüb:
"Məncə, düzgün qərarlardır. İndiyədək müxtəlif qərarlar verilib, amma heç bir effekti olmayıb. İndi isə normaldır. İşə düzgün yanaşsaq, nəticə əldə etmək olar. Qərarları dəqiq yerinə yetirmək mütləqdir. 12 komanda olmasının nəyi pisdir? Legioner limitini ləğv etmək də yaxşıdır. Orada normal kriteriyalar da qoyulub. Düşünürəm ki, bu, öz effektini verəcək".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümündən komanda sayı artaraq 12-yə yüksələcək. Çempionatda legioner limiti ləğv olunacaq. Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Fevral 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















