Ceyhun Sultanov: “Qarabağ” müdafiədə səhv etməsə, yaxşı nəticə qazana bilər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 fevral, AZƏRTAC
“Qarabağ” “Nyukasl”la qarşılaşmada çox çətinlik çəkəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.
Mütəxəssis İngiltərə klublarının fiziki gücü və sürətli keçidləri ilə seçildiyini söyləyib: “Bu səbəbdən favorit “Nyukasl” görünür. Onlar yüksək tempdə oynamağı bacarırlar və hücum xəttində keyfiyyətli futbolçulara malikdirlər. Bununla belə, düşünürəm ki, təmsilçimiz düzgün taktiki plan qursa, müdafiədə səhvlərə yol verməsə və yaratdığı qol imkanlarından maksimum yararlansa, yaxşı nəticə əldə edə bilər. Ev amili və azarkeş dəstəyi də komandamız üçün mühüm üstünlük ola bilər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















