Si Tramp Putin görüşünün nəticəsi... Çindən maraqlı şərhlər
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ABŞ, Rusiya və Çin prezidentlərinin bir saat yarım davam edən görüşü BMT-də islahat, enerji təchizatının sabitləşdirilməsi və nüvə risklərinin azaldılmasına yönəlmiş dialoqun başlanması üzrə əməkdaşlığı əhatə edən "Sülh haqda Bəyannamə”nin qəbul edilməsi ilə başa çatdı. Amma Ukrayna münaqişəsindən birbaşa bəhs edilmədi.
Axar.az xəbər verir ki, görüşlə bağlı çinli ekspertlərin açıqlamaları diqqət çəkir.
Avrasiya Qrupu analitik mərkəzinin eksperti, politoloq Vanq Dan hesab edir ki, görüş Çin üçün diplomatik qələbə idi və bu, Rusiyaya beynəlxalq arenada mövqeyini gücləndirmək imkanı verdi.
Şanxaydakı Fudan Universitetinin professoru Vu Sinbo düşünür ki, sammit Rusiya və Çinin maraqlarının beynəlxalq arenada nəzərə alınmağa başladığını göstərdi. Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Vanq İvey sammiti çoxtərəfli əməkdaşlığı genişləndirmək üçün yaxşı fürsət sayır.
Lakin amerikalı diplomat və ABŞ-ın Polşadakı keçmiş səfiri Daniel Frid sammiti əldən verilmiş fürsət kimi dəyərləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Noyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















