“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin məşhur “Santa Barbara” serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsində baş verib.
Qəza nəticəsində qabırğaları sınan aktyor xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyata hazırlasalar da, noyabrın 18-də səhər saatlarında aktyor cərrahi müdaxilədən əvvəl dünyasını dəyişib.
Larri Poyndekster karyerası ərzində 100-dən çox televiziya layihəsində rol alıb. O, tamaşaçıların yaddaşında “Santa Barbara”, “Həyatımızın günləri”, “Ümumi xəstəxana”, “Kasl”, “Dəniz polisi: Xüsusi şöbə”, “Xüsusi təyinatlılar” və “Linkoln vəkili” serialları ilə qalıb.
Aktyor kino fəaliyyəti ilə yanaşı, prodüserliklə də məşğul olub. O, 1990-cı illərdə “High Lonesome” kantri musiqi qrupunun vokalisti kimi çıxış edib.
Həmkarları Poyndeksterin istedadlı sənətkar olmaqla yanaşı, gözəl dost, qayğıkeş həyat yoldaşı və ata olduğunu bildiriblər.
Aktyorun “Emmi” mükafatına namizəd olmuş həyat yoldaşı Kerol Kritser və iki oğlu qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Noyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















